Abunə ol Abunədən imtina
   
AZ    RU   EN
E-poçt
Login
Password
 
ŞİRKƏT MƏHSULLAR XİDMƏTLƏR YÜKLƏMƏ
 
ŞİRKƏT
Tarix
Məqsədlərimiz
Rəhbərlik
Xəbərlər
İctimai fəaliyyət
Əhatə dairəsi
F.A.Q
Tender
İş Anketi
Əlaqə




   İctimai fəaliyyət

08.08.07

Rahatlığa və gözəlliyə qovuşdurur

Bu gün Bakcell şirkəti…
Şübhəsiz, Azərbaycanda yüz minlərlə abunəçinin etibarlı tərəfdaşı və sadiq dostuna çevrilmiş iri mobil rabitə operatoru və əlbəttə ki, Azərbaycanın telekommunikasiya bazarında qabaqcıl texnologiyaların tətbiqinin təşəbbüsçüsüdür. Bundan başqa, Bakcell – ölkənin ictimai həyatının ən fəal iştirakçılarından biridir.
Fəaliyyətə başladığı andan Bakcell özünü yorulmaq bilməyən, qayğıkeş, yardıma ehtiyacı olanlara  hər zaman əlindən gələn köməyi göstərməyə can atan şirkət kimi tanıtmışdır. 
Şirkətin hətta mobil rabitədən uzaq sahələrdə də həyata keçirdiyi  irili-xırdalı saysız layihələr, bəzən insanların ümid və arzularının doğrulması məqsədilə atılan misilsiz addımlar Bakcell şirkətinə yardıma ehtiyacı olan hər bir kəsin yanında olmaq üçün hər zaman özündə güc və vaxt tapan bir şirkət imici qazandırmışdır.
Şirkətin həyata keçirdiyi sosial yönlü layihələrin hər biri onlarla vətəndaşın qəlbində ümid işığı yandırmaq, onu həyatın gözəlliyinə inandırmaq məqsədi daşıyır. “Heç kim özünü kimsəsiz hiss etməsin” devizi şirkətin əsas fəaliyyət prinsiplərindən birinə çevrilmişdir.
İmkanları məhdudlaşmış və valideyn himayəsindən məhrum olmuş uşaqlar, qaçqın ailələrindən olanlar, sığınacaqlarda məskunlaşmış tənha və kimsəsizlər artıq çoxdandır ki, Bakcell şirkətini özlərinə mehriban, güclü, və etibarlı dost bilir, şirkətlə növbəti görüşü və yeni layihələri səbirsizliklə gözləyirlər.
Həmçinin Bakcell şirkətinin kimsəsiz qocalara, əmək və müharibə veteranlarına, hətta sağlamlığında ciddi təhlükə yaranmış şəxslərə yardım göstərilməsində rolunu qiymətləndirməmək mümkün deyil.
Həyata qaytarılmış, ümidləri yenidən göyərdilmiş, ürəklərində dünyanın gözəlliyinə inam yaradılmış uşaqlardan, qocalardan, taleyin ən ağır qisməti  olan qaçqın  və köçkün ömrü yaşamağa məhkumlardan danışmaq yerinə düşərdi.
6 yaşlı Fuad ağır ürək qüsurundan əziyyət çəkirdi. Cərrahi əməliyyat üçün  lazım olan pulun hamısını toplamaq müşkülə çevrilmişdi. Ölüm təhlükəsinin Damokl qılıncı kimi təqib etdiyi uşağın köməyinə Bakcell gəldi. Fuad əməliyyat olunaraq sağlam həyata qaytarıldı.
İndi 1 yaşlı Fatimənin ürəyində aparılacaq əməliyyat üçün vəsait toplanır.
Ümumiyyətlə uşaqlara qayğı həmişə şirkətin ən ümdə vəzifələrindən biri olmuşdur.
Bakcell komandası Ümumdünya Donor Günü ərəfəsində Qızıl Aypara Cəmiyyəti tərəfindən təşkil olunmuş qan vermə aksiyasında iştirak etdi. Qan vermə aksiyası nəticəsində toplanmış qan hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün nəzərdə tutulmuşdu.
İnsanları böyük ehtiyac duyduqları qanla təmənnasız təmin etmək məqsədi ilə müxtəlif layihələr həyata keçirən şirkət Uşaqları Beynəlxalq Müdafiə Günündə 15 nəfərin Mərdəkan qəsəbəsindəki Dendraridə istirahətini təşkil etdi. Əsas məqsəd burada üç gün istirahət edən xəstə uşaq və yeniyetmələrə ilkin tibbi yardım vərdişlərini və gündəlik həyatda qazanılmış zədə nəticəsində yaranan qanaxmaların qarşısının alınmasını öyrətmək  idi.
Azərbaycan Dövlət Musiqili Komediya Teatrında  "Çiçəyim" Uşaq Teatrının 10 illik yubileyi qeyd olunanda da şirkət kənarda qalmadı.
Tədbirin tam sponsoru Bakcell oldu. Bayramda iştirak edən 50 nəfər azyaşlı uşaq Bakcell şirkəti tərəfindən dəvət olunmuş  Sabunçu rayonunda yerləşən 1 saylı  internat məktəbinin şagirdləri idi.

___________________________________________________________

Əlbəttə, bu hələ hamısı deyil.
Bakcell Maştağadakı 1 saylı psixiatriya xəstəxanasına, Bilgəhdəki Qocalar Evinə, Şüvəlandakı internat məktəbinə hərtərəfli yardım göstərir. Buradakı fiziki və əqli cəhətdən  qüsurlu insanlar, eləcə də Bakcell-in yardım göstərdiyi digər ünvanların sakinləri bayram günlərində onlara ərzaq bağlamaları, geyim dəstləri ilə qonaq gələn şirkətin əməkdaşlarını böyük sevinclə qarşılayırlar.
9 may Qələbə Günündə isə şirkət qeyri-adi bir aksiya keçirdi. Qələbə Günü münasibəti ilə Milli Parka çıxaraq orada gəzişən müharibə veteranlarını təbrik etdi. 9 May Qələbə Gününü ömürlərinin ən böyük sevinci kimi xatırlayan yaşlılar bu gözlənilməz təbrikdən özlərini itirir, az qala kövrəlib ağlayırdılar.
Bütün əlamətdar günlərdə və bayramlarda qaçqın və köçkün ailələrindən olanlardan, cəmiyyətin az təminatlı zümrəsinə aid olan vətəndaşlardan heç kim Bakcell şirkətinin yolunun hökmən onların evlərindən düşəcəyinə şübhə etmir.

 

İdman və  incəsənət

Şirkət sağlamlıqları məhdud olan insanların cəmiyyətə inteqrasiyasına xüsusi diqqət yetirir. Bu addım isə insanlığa qayğının ən böyük təzahürlərindəndir. Ümumilikdə şirkətin bu yöndə apardığı siyasətin əsas istiqaməti məhz idmana tərəf yönəlib. İdman isə cəmiyyətin ən çevik inteqrasiya sahəsi olduğu üçün daim diqqət mərkəzindədir.
Bakcell-in dəstəyilə eşitmə qüsurlu əlil uşaqlar arasında futbol turnirinin  keçirilməsi buna ən gözəl sübutdur.
Bundan başqa  Media Kuboku turniri ənənəvi olaraq Bakcell şirkəti tərəfindən dəstəklənir. Hər zaman ölkəmizin ictimai həyatında aktiv rol oynayan Bakcell şirkəti media qurumlarının  da ölkə ictimaiyyətinin mövqeyinin formalaşmasında aparıcı rollardan birini oynadığını unutmur.
İncəsənətə gəlincə, Bakcell şirkəti bu sahədə də fəallıq göstərir. Bu ilin may ayında dünya şöhrətli skripkaçı və dirijor Şlomo Mintzin Azərbaycan Dövlət Filarmoniyasında təşkil olunmuş konserti hələ də Azərbaycan tamaşaçısının yaddaşından silinməyib.
Təbii ki, konsertin sponsoru Bakcell şirkəti idi.
Şirkət, eyni zamanda, Azərbaycanda böyük tələbat hiss olunan marketinq, menecment, informasiya texnologiyaları, istehsalatın idarəedilməsi və digər sahələr üzrə mütəxəssislərin hazırlanmasında Ali Təhsil Ocağlarına köməklik göstərir.  Biznesin Təşkili və idarəedilməsi üzrə Bakalavr proqramının “Təcrübə Məşğələləri 2007” layihəsi çərçivəsində keçirilən praktiki məşğələləri bu amala xidmət edir.
Bakcell həm biznes, həm də sosial sahədə müxtəlif layihələr həyata keçirməklə, ilk növbədə, insanlar haqqında düşünür, onlara böyük fayda gətirməyə çalışır.

 



25.10.06

Bakcell Ramazan bayramını xeyriyyə tədbirləri ilə qeyd etdi
 
   Bayram ərəfəsində Baksell Müharibə və Əmək Əlilləri üçün Pansionatda şənlik keçirdi, xüsusi qayğıya ehtiyacı olan uşaqları isə  sirkə dəvət etdi
  Oktyabrın 24-ü «Baksell» şirkəti Bakının Bilgə qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatda xeyriyyə tədbiri keçirdi. Ramazan Bayramına həsr olunmuş bu tədbir 160-a yaxın Müharibə və əmək əlilləri olan yaşlılara qayğı göstərmək məqsədi daşıyırdı. Həmçinin onlara bayram sevinci bəxş etmək üçün gözəl bir imkan yaranmışdır.
  İki saat davam edən xeyriyyə tədbiri «Baksell» şirkətinin ictimaiyyətlə əlaqələr üzrə meneceri İlham Əfəndiyev və pansionatın müdiri Bəhruz Əlmədətovun çıxışları ilə başladı. Tədbirin musiqili hissəsini tanınmış müğənni Sevda Ələkbərzadə açdı, sonra isə “Asiman” rəqs qrupu və “Yeni Ulduz” layihəsinin ən yaxşı səsləri – Elvin, Xalid, Aygün, Aydın və nəhayət İlhamə tədbiri öz rəng-a-rəng rəqs və mahnıları ilə davam etdirdilər. Yaşlılar üçün Ramazan bayramı münasibətilə dadlı nemətlərlə dolu zəngin bir süfrə açıldı. Hər bir yaşlıya xüsusi bir hədiyyə verildi. Bundan başqa yaşlıların yaşayış şəraitini daha da yaxşılaşdırmaq məqsədilə pansionatın yeməkxanasında Baksell tərəfindən istilik sistemi quraşdırılmışdır.
  Digər xeyriyyə tədbiri isə xüsusi qayğıya ehtiyacı olan uşaqların oktyabrın 23 və 24-ü Bakı Dövlət Sirkinə Buz üstə şou proqramına dəvət olunması idi. Qeyd etmək lazımdır ki, həmin gün Bakı Dövlət Sirkində əsl bayram əhval ruhiyyəsi hiss olunurdu. Sirkdə keçirilən Buz üstə şou proqramına Baksell-in dəstəyi və Qızıl Aypara cəmiyyətinin köməyi ilə 500 nəfərə qədər hemofiliya, talasemiya, daun sindromu xəstəliklərindən əziyyət çəkən əlil uşaqlar, həmçinin şəhid və qaçqın ailələrdən və valideyinlərini itirmiş azyaşlılar dəvət olunmuşdular.
  Baksell tərəfindən həyata keçirilən sosial yönlü layihələrə nəzər salsaq demək olar ki, şirkət cəmiyyətin həyatında daim fəal iştirak etməyə çalışır. Baksell həm biznes, həm də sosial sahədə müxtəlif layihələr həyata keçirməklə ilk növbədə insanlar haqqında düşünür, onlara böyük fayda gətirməyə çalışır.
«Bakcell»-in Mətbuat Xidməti





14.06.06
 
Bakcell xüsusi qayğıya ehtiyacı olan uşaqları sevindirdi

  2006-cı il iyun ayının on biri Milli Qurtuluş Günü ərəfəsində Heydər Əliyev adına Respublika Sarayı əsl bayram əhval ruhiyyəsində idi. Bakcell-in dəstəyi ilə Sarayda “Asiman” rəqs ansamblının 10 yaşı qeyd olunurdu. Bu tədbirə qonşu dövlətlərdən də qonaqlar gəlmişdi. Gürcüstanın və Dağıstanın rəqs qrupları “Asiman”-ın bu yubiley şənliyində maraqlı rəqs nömrələri göstərdilər.
  Coşqun və hərarətli rəqslər, şux ritmlər tamaşaçıların əhval ruhiyyəsini oxşayırdı. Respublikanın əməkdar artisti Səməd Səmədovun rəhbərliyi ilə “Qismət” grupu, gənc müğənnilərdən Elnur Məmmədov, Nadir Qafarzadə öz gözəl mahnıları ilə “Asimanı” təbrikə gəlmişdilər. Sonra orada Asiman qrupunun 10 il ərzində qət etdiyi yola, onun müxtəlif ölkələrdə keçirdiyi qastrol səfərlərinə kiçik video baxış oldu. Konsertdə Ləzginka rəqsi, “Azərbaycan Süitası”, qəhrəmanlıq və döyüş ruhunda köklənmiş Gürcü xalq rəqsləri, Rusiyanın xalq artisti Alla Puqaçovanın “Arlekino” mahnısının sədaları altında kiçik rəqqasların oynadığı məzəli rəqs, Dağıstanın rəqs grupunun gənc üzvlərinin ifasında Azərbaycan xalq rəqsi olan “Naz eyləmə” rəqsi tamaşıçıların gur alqışları ilə qarşılandı. Konserti hərbi orkestrin müşaəti ilə açıq elan edib və sona çatdırdılar. Tədbir çox uğurlu keçdi. 
   Bakcell-in sayəsində və Qızıl Aypara cəmiyyətinin köməyi ilə həmin tədbirə 500 nəfərə qədər xüsusi qayğıya ehtiyacı olan uşaqlar dəvət olunmuşdular. Onların arasında hemofiliya, talasemiya, daun sindromu xəstəliklərindən əziyyət çəkən əlil uşaqlar, həmçinin şəhid və qaçqın ailələrdən və valideyinlərini itirmiş azyaşlılar var idi.
                                                      
«Bakcell»-in Mətbuat Xidməti

                         


19.03.04

“Bakcell”dən Novruz sövqatı

     Ölkəmizdə ilk mobil operatoru olan Bakcell şirkəti, fəal marketinqlə bir – birinin ardınca təgdim etdiyi yeniliklərlə yanaşı Azərbaycan xalqinın mənavi və iqtisadi həyatıyla da sıx əlaqədə olmağa calışır.
     Belə ki, şirkətin 10 illik yubileyi və Novruz Bayramının gəlməsi ilə bağlı, Martın 19-da Bakcell şirkəti Bakının Səbail rayonunda sığınacaq tapmış şəhid ailələri, Qarabağ Müharibəsi əlilləri və məcburi köckünlərə baş cəkdi. Orada məskunlaşmış 50 ailəyə bayram sövqatı olaraq ərzaq məhsulları paylanıldı. Bu addimla Bakcell şirkəti həmin sosial vəziyəti ağır olan ailələrə Novruz Bayramını süfrəsi dolu kecirtməyə imkan yaradmışdır. Bakcell nümayəndələri bundan sonra da əhalinin ehtiyacı olan təbəğələrinə köməyini əsirgəməyəcəklərini vurğulamısdır.

     “Bakcell”-in Mətbuat Xidməti


6.03.04

Bakcell yaşlılar üçün Novruz şənliyi keçirdi

    Novruz Bayramının son çərşənbəsində “Bakcell” Müharibə və Əmək Əlilləri üçün Pansionatda şənlik keçirdi
    Martın 16 “Bakcell” şirkəti Bakının Bilgə qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatda xeyriyyə tədbiri keçirdi. Bu tədbir 150 nəfərdən çox olan Müharibə və əmək əllilləri olan yaşlılara qayğı göstərmək məqsədi daşıyırdı. Həmçinin onlara Novruz sevinci bəxş etmək üçün gözəl bir imkan yaranmışdır. Bu tədbir “Bakcell”-in 10 illik yubileyi və Novruz Bayramına həsr olunmuşdur.
    İki saat davam edən xeyriyyə tədbiri “Bakcell” şirkətinin baş direktoru Xaym Maymon və pansionatın müdiri Bəhruz Əlmədətovun çıxışlarından başladı. Sonra tədbirin musiqili hissəsində rəqs qrupu və Novruz Bayramının ənənəvi qəhrəmanları olan Kosa, Keçəl və Bahar Qızı çıxış etdilər. Həmçinin yaşlılarla görüşə tanınmış müğənni Eyyub Yaqubovda öz mahnıları ilə gəldi. Yaşlılar üçün zəngin bir süfrə düzənlənmişdir. Və nəhayət şirkətin baş direktoru “Bakcell” adından pansionata 2 ədəd soyuducu təqdim etdi.
    Bakcell hər zaman cəmiyyətimizin ən zəif təbəqələrinə köməklik göstərir. Şirkətin uşaq evlərində və pansionatlarda məskunlaşmış kimsəsiz və əlil uşaqlara, yaşlı kişilər və qadınlara nəinki maddi həmçinin mənəvi kömək göstərməsi belə bir fəaliyyətin bir nümunəsidir.
    Tədbirdə çıxış edən “Bakcell” şirkətinin baş direktoru Xaym Maymon cəmiyyətin qayğıya ehtiyacı olan təbəqələrinə gələcəkdə də xüsusi diqqət yetirəcəyini qeyd etdi.
Bakcell yaşlılar üçün Novruz şənliyi keçirdi Bakcell yaşlılar üçün Novruz şənliyi keçirdi
Bakcell yaşlılar üçün Novruz şənliyi keçirdi Bakcell yaşlılar üçün Novruz şənliyi keçirdi


    “Bakcell”-in Mətbuat Xidməti



10.03.04

Bakcell uşaq evinə gəldi

    Novruz Bayramı ərəfəsində Bakcell 3 nömrəli uşaq evində şənlik keçirdi
    Martın 10 “Bakcell” şirkəti Bakıdakı 3 nömrəli qarışıq tipli uşaq internatında xeyriyyə tədbiri keçirdi. Bu tədbir ata-ana qayğısından məhrum olmuş 130 nəfər 3 yaşından 18 yaşına qədər olan uşaqlara qayğı göstərmək məqsədi daşıyırdı. Həmçinin onlara Novruz sevinci bəxş etmək üçün gözəl bir imkan yaranmışdır. Bu tədbir “Bakcell”-in 10 illik yubileyi və qədim Novruz Bayramına həsr olunmuşdur.
    İki saat davam edən xeyriyyə tədbiri “Bakcell” şirkətinin baş direktoru Xaym Maymon və uşaq evinin müdiri Zöhra Hüseynovanın çıxışlarından başladı. Sonra tədbirin musiqili hissəsində rəqs qrupu çıxış etdi, Novruz Bayramının ənənəvi qəhrəmanları olan Kosa, Keçəl və Bahar Qızı isə uşaqları əyləndirməklə yanaşı maraqlı müsabiqələr keçirdilər və qaliblərə mükafatlar təqdim etdilər. Həmçinin uşaqlarnan görüşə tanınmış müğənni Eyyub Yaqubovda öz mahnıları ilə gəldi. Bundan başqa uşaqların özündən ibarət rəqs qrupu tədbirdə çıxış etdi. Uşaqlar üçün zəngin bir süfrə düzənlənmişdir. Və nəhayət “Bakcell” adından şirkətin baş direktoru uşaqlara musiqi mərkəzi və digər hədiyyələr təqdim etdi.
    Belə bir tədbirlərin keçirilməsi Bakcell tərəfindən adət halına çevrilmışdır və artıq üç ilə yaxındır ki, şirkət kimsəsiz, xəstə və əlil uşaqlara maddi və mənəvi dayaq göstərir. Tədbirdə çıxış edən “Bakcell” şirkətinin baş direktoru Xaym Maymon “Bakcell”-in gələcəkdə də gənc nəsilə xüsusilə ata-ana qayğısından məhrum olmuş uşaqlara xüsusi diqqət yetirəcəyini qeyd etdi.

Bakcell uşaq evinə gəldi Bakcell uşaq evinə gəldi


    “Bakcell”-in Mətbuat Xidməti






Sayt üzrə axtarış sistemi.



© “Bakcell Ltd” MMC. Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən materiallardan icazəsiz istifadə qadağandır. Əlaqə üçün:
Telefon: 994(12) 498-89-89
E-mail: news@bakcell.com