|
|
MMS nədir?
MMS (Multimedia Messaging Service) texnologiyası tam rəngli təsvirlər, fotoşəkillər, polifonik melodiyala, böyük hacmli mətnlər, audio və video kliplər və digər məlumatları daşıyan mesajları yaratmaq və ya İnternetdən yükləmək, göndərmək və qəbul etməyə imkan verir.
Bakcell – in MMS xidmətindən yararlanmaq üçün nə etmək lazımdır? Telefon aparatını necə kökləmək olar?
Bakcell – in MMS xidmətindən yararlanmaq üçün aşağıdakilar edilməlidir:
1. MMS texnoloqiyasını dəstəkləyən şanvari telefon əldə etmək;
2. GPRS – i aktivləşdirmək üçün Müştəri Xidmətləri Mərkəzinə zəng etmək. Zəngdən bir neçə saniyə sonar Müştəri Xidmətləri Mərkəzindən sizə MMS qurmalarını daşıyan SMS mesajı göndəriləcək. MMS qurmalarını telefonunuzun yaddaşında saxlayın (bu MMS qurmalarını daşıyan SMS mesajı bütün telefon modellərinə uyğun gəlmir);
3. MMS qurmalarını daşıyan SMS mesajı sizin telefonunuzun modelinə üyğun gəlmirsə telefonunuzu veb saytda göstərilən parametrlərdən istifadə edərək əl ilə qurun.
MMS mesajını necə yaratmaq olar?
MMS mesajını yaradarkən telefonunuzun təlimat kitabçasından istifadə edin. Modellərin əksəriyyətində “ Create MMS message”, “New MMS message”, “New multimedia message” alt menyuları “Message” menyusunda yerləşir.
MMS mesajını hara göndərmək olar?
1. Elektron poçt ünvanına – göndərərkən elektron poçt ünvanını tam göstərin. Mesaj aşağıdakı geri ünvanla gəlir:
99455XXXXXXX@mms.bakcell.com (burada 99455XXXXXXX – MMS mesajını göndərən telefonun nömrəsidir).
2. MMS və GPRS – i dəstəkləyən telefonlara. Mesajı göndərərkən Bakcell abunəçisinin nömrəsi 99455 XXX XX XX formatda yığılmalıdır.
Elektron poçtundan MMS telefonuna mesajların göndərilməsi mümkün deyil!
MMS mesajı göndərildikdən sonar adresat MMS mesajının yerinə SMS mesajı almışdır. Bunun səbəbi nədir?
Belə bir hal aşağıdaki səbəblər üzündən baş verə bilər:
• Adresatın şanvari telefonu GPRS - ə qoşulmamışdır;
• Adresatın telefonu MMS mesajlarını qəbul etmək və göndərmək üçün qurulmamışdır və ya səhv qurulmuşdur.
Söndürülmüş telefona göndərildiyi halda, MMS mesajı hansı müddət ərzində MMS mərkəzində saxlanılacaq?
Sistem MMS mesajını 48 saat ərzində adresata göndərməyə cəhd edəcək. Həmin muddət bitdikdə, göndərdiyiniz MMS mesajı avtomatik olaraq MMS mərkəzində yaddaşdan silinəcək.
Ağ-qara displeyi olan telefonlara MMS mesajlarını göndərmək mümkündürmü?
MMS texnologiyalarının dəstəklədiyi əsas məlumat növü tam rəngli foto şəkillər və təsvirlərdir. Buna görə də, MMS – dən mükəmməl şəkildə istifadə etmək üçün rəngli displeyi olan və MMS texnologiyasını dəstəkləyən mobil telefon tələb olunur.
MMS mesajının maksimal həcmi nə qədər təşkil edir?
MMS mesajının maksimal həcmi 30 kilobayt ola bilər və yalnız MMS – telefonun imkanları ilə məhdudlaşdırılır. Telefonunuzun dəstəklədiyi MMS – in maksimal həcmini öyrənmək üçün istifadə etdiyiniz telefonun təlimat kitabçasına müraciyət edin.
WAP nədir?
WAP (Wireless Application Protocol) “ Simsiz Əlavələr Protokolu” deməkdir. WAP texnologiyalarının istifadəsi hər hansı avadanlıqdan (missal üçün, kompyuter və modem) istifadə etmədən birbaşa mobil telefondan İnternet şəbəkəsinin mobil resurslarına girişi təmin edir. Lakin bu yolla yalnız WAP xidmətinə uyğunlaşdırılmış xüsusi İnternet səhfələrilə işləmək mümkündür.
Bakcell – in WAP xidmətindən yararlanmaq üçün nə etmək lazımdır? Telefon aparatını necə kökləmək olar?
Bakcell – in WAP xidmətindən yararlanmaq üçün aşağıdakilar edilməlidir:
1. WAP və GPRS texnologiyalarını dəstəkləyən mobil telefon əldə etmək;
2. GPRS – i aktivləşdirmək üçün Bakcell şirkətinin Müştəri Xidmətləri Mərkəzinə zəng etmək. Bir neçə saniyə ərzində Müştəri Xidmətləri Mərkəzindən sizə WAP qurmalarını daşıyan SMS – mesajı göndəriləcək. Bu qurmaları telefonun yaddaşında saxlamalısınız (göndərilən WAP qurmalarını daşəyan SMS – mesajı hər bir telefon modelinə uyğun gəlmir);
3. WAP qurmalarını daşıyan SMS – mesajı sizin telefonunuzun modelinə uyğun gəlmirsə, onu veb saytda göstərilən parametrlərdən istifadə edərək əl ilə qurun.
WAP – la işləyərkən telefonla danışmaq olarmı?
GPRS – i dəstəkləyən WAP – telefonların çoxları əlaqəni kəsmədən məlumatların ötürülməsini dayandırmaq və daxil olan zəngi və ya SMS – mesajını qəbul etməyə imkan verir. Danışıq bitdikdən sonra məlumatların ötürülməsi avtomatik olaraq yenidən başlayır.
Ağ-qara ekranlı telefonda rəngli WAP səhifələrinə baxmaq olarmı?
Rəngli təsvirlər daşıyan wap səhifələrini yükləyərkən, ağ-qara ekranlı telefonlarda qrafik elementlərin təsviri ilə bağlı problemlər yarana bilər. Bununla bağlı, mobil telefonun veb brauzerin müvafiq bəndində şəkillərin göstərilməsini söndürmək məsləhət görülür.
Son WAP sessiyası zamanı qəbul olunan/göndərilən məlumatların həcmini necə öyrənmək olar?
Faktiki olaraq WAP və GPRS – i dəstəkləyən bütün mobil telefonlar qəbul edilən/göndərilən məlumatların həcmini qeydə alırlar. Nəql olunan məlumatın ümumi həcmi haqqında məlumat, həmçinin GPRS – lə son iş seansının statistikası adətən zənglərin qeydiyyatı menyusunda yerləşir.
Saytda hansısa telefonun WAP-GPRS və ya MMS-GPRS qurmaları göstərilməyibsə, nə etmək lazımdır?
Bu halda Bakcell – in Müştəri Xidmətləri Mərkəzinə (99412) 4988989 nömrəli telefona zəng etmək lazımdır. Burada sizə konkret telefonun WAP-GPRS və MMS-GPRS qurmaları haqqında lazımı məlumat təqdim olunacaq.
SMS nədir?
SMS digər GSM abunəçilərinə qısa yazılı mətnləri göndərmək üçün istifadə olunur. İclas, dərs və ya telefonla danışmaq istəmədiyiniz hallarda SMS çox faydalı bir xidmətdir.
SMS Xidmət Mərkəzinin nömrəsi neçədir?
Xidmət Mərkəzinin nömrəsi +994557070707
Bir mesajın uzunluğu nə qədərdir?
Bir mesajın uzunluğu 160 işarədən artıq ola bilməz.
Cin və ya 10+ nömrəsini müvvəqəti olaraq bağlamaq mümkündürmü?
Bu yalnız köhnə Sim kartınızı itirlməsi və ya ogurlanması təqdirdə mümkündür.
170, 177, 178 xidmətlərinin qısa təsviri.
A) 170 Cin Kart abunəçiləri üçün müştəri xidmətlərinin nömrəsidir
B) 177 Cin Kart abunəçiləri üçün kontur yükləmə mərkəzinin nömrəsidir
C) 178 Cin Kart abunəçiləri üçün balans öyrənmək üçün nəzərdə tutulmuş bir nömrədir.
10+ abunəçiləri üçün müştəri xidmətlərinin, kontur yükləmə mərkəzinin, balans öyrənmə nömrəsi neçədi?
A) 10+ abunələri üçün müştəri xidmətlərinin nömrəsi 150 dir
B) 10+ abunələri üçün kontur yükləmə mərkəzinin nömrəsi 157 dir
C) 10+ abunələri üçün balans öyrənmə nömrəsi 158 dir
İMEİ kodu nədir? Mobil telefonunda onu necə tapmaq olar?
A) İMEİ kodu beynəlxalq identifikasiya nömrəsidir.
B) Telefonunuzda İMEİ kodunu tapmaq üçün yalnız *#06# yığmaq kifayətdir.
|
|
 |

|