Bakcell Kubada rominq xidmətini təşkil etdi ()
Kubanın «Cubacell» və Xorvatiyanın «TELE2» mobil rabitə şirkətləri ilə rominq rabitəsi yaradıldı.
Mobil rabitə operatoru olan «Bakcell Ltd» MMC-in köməyilə Azərbaycanda və onun xaricində mobil rabitə imkanları müvəffəqiyyətlə dəyişir və inkişaf edir.
Bu günlərdə «Baksell» GSM 900 MHz standartında fəaliyyət göstərən Kubanın «Cubacell» mobil rabitə operatoru ilə ikitərəfli kommersiya rominq rabitəsi yaratdı. «Cubacell» Kubanın ərazisində Baksell-lə əməkdaşlıq edən ilk rabitə şirkəti oldu. Bundan başqa Baksell Xorvatiyanın «TELE2» (1800 MHz) mobil rabitə şirkətinin şəbəkəsində olan abunəçiləri üçün də rominq xidməti təşkil etdi. «TELE2» ilə bağlanan sazişin sayəsində Bakcell-in Xorvatiyada olan rominq partnyorların sayı artıq üçə çatmışdır. Bundan əvvəl rominq sazişləri “T- Mobile” v˙ «VIP-Net» mobil rabitə şirkətləri ilə bağlanmışdır.
Hal-Hazırda Bakcell abunəçiləri beynəlxalq rominq xidmətindən dünyanın 123 ölkəsində, 216 operatorun şəbəkələrində yararlana bilərlər.
«Baksell»-in Mətbuat Xidməti
|