Baksell-lə «Bir anlıq sevinc» ()
1 iyun «Beynəlxalq Uşaqların Müdafiəsi günü» münasibətilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Binəqədi Rayon Komitəsi hər iki valideynini itirmiş 20 nəfər uşaq və yeniyetməyə sevinc bəxş etmək məqsədi ilə “Bir anlıq sevinc” adlı layihə hazırlamışdır. Layıhənin maliyyələşməsi üçün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Binəqədi Rayon Komit˙si “Baksell” LTD MMC-nə müraciət etmiş və müsbət cavab almışdır.
Belə ki, may ayının 29-da Qızıl Ayparanın Binəqədi rayon komitəsi və “Baksell” Ltd MMC bu uşaq və yeniyetmələrə Azərbaycanın dilbər guşələrindən biri olan İsmayıllı rayonunun təbiət qoynunda 12 saatlıq istirahət proqramı həyata keçirmişlər. Tədbir təşkil olunan yerə, uşaqlar şən əhval rühiyyə ilə, şer deyərək və mahnılar oxuyaraq yollandılar.
İsmayıllı rayonunun ən gözəl yerlərindən biri olan Qız Qalasının ətəyində 1 saatlıq gəzintidən sonra avtobuslar İsmayıllı rayon Dövlət Qoruğuna tərəf yönəldilər. Növbəti gəzintidən öncə, nahar üçün hazırlıq işləri görüldü harada ki uşaqlar Qızıl Aypara könüllərinə bu işdə köməklik göstərdilər. Sonra iki qrupa bölünən uşaqlar və könüllülər dağ gəzintisinə yollanaraq göz˙l vaxt keçirdilər. Dağ gəzintisindən qayıtdıqdan sonra, uşaqlar və könüllülər arasında voleybol yarışı təşkil olundu. Yarışın sonunda dəstələrə hədiyyələr təqdim olundu. Uşaqlar arasında keçirilən digər oyun isə bilik yarışması oldu. Təqdim olunan suallar Azərbaycan Dövlətinin tarixi və əlamətdar hadisələrini əhatə edirdi. Şən formada keçirilən yarışmanın qaydasına görə sualları düzgün cavablandırmayanlar digər iştirakçıların arzuları ilə mahnı oxumalı, şer deməli və ya rəqs kimi əlavə tapşırıqlar yerinə yetirməli idilər. Şən əyləncələr nahar süfrəsi ilə yekunlaşdırıldı.
Qızıl Aypara Cəmiyyətinin Binəqədi rayon komitəsinin könüllüləri tərəfindən uşaqlarla aparılan söhbətlərdən belə aydın olmuşdur ki, bütün iştirakçılar tədbirdən razı qalmış və belə tədbirlərin daha çox olmasını arzulamışdılar. 14 yaşlı Nigarın dediyinə görə: «Bu gün həmişə bizim yadımızda qalacaq: qısa bir müddət ərzində bizə bu qədər xoş əhval ruhiyyə bəxş olundu».
Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş Qərargahının, Binəqədi və İsmayıllı rayon komitələrinin nümayəndələri, Binəqədi Rayon İcra Hakimiyyəti yetkinlik yaşına çatmayanların işi və hüquqlarının müdafi˙si üzrə komissiyanın məsul katibi və “Baksell” Ltd MMC-in nümayəndələri iştirak etmişdirlər.
«Baksell»-in Mətbuat Xidməti
|