|
|
Bakcell sentyabrda daha 51 stansiya quraşdırıb ()
“Bakcell Ltd” MMC tərəfindən son bir neçə ay ərzində Bakıda və Azərbaycanın bölgələrində 110 baza stansiyası quraşdırılmışdır. Təkcə sentyabr ayı ərzində 51 baza stansiyası abunəçilərin rahatlığını təmin etmək məqsədilə istifadəyə verildi. Onlardan iyirmi baza stansiyası Naxçıvan Muxtar Respublikasında quraşdırılmışdır. Şirkət mövcud və gələcək abunəçilərinə Baksell-in göstərdiyi xidmətin ən yaxşı olduğunu göstərmək məqsədi ilə öz əhatə dairəsini genişləndirmək üçün iri sərmayyələr qoymağı davam etdirir. Yaxın gələcəkdə daha 400 yeni baza stansiyasının quraşdırılması layihəsi Baksell-in planlarına daxildir.
Keyfiyyəti üstün tutan və üç əsas dəyər – sərfəlilik, ən müasir texnologiyalar və sadəlik üzərindən fəaliyyət göstərən Bakcell həm biznes həm də sosial sahədə müxtəlif layihələr həyata keçirməklə ilk növbədə insanlar haqqında düşünür, onlara böyük fayda gətirməyə çalışır.
«Bakcell» Mətbuat Xidməti
|
|
 |

|