Abunə ol Abunədən imtina
   
AZ    RU   EN
E-poçt
Login
Password
 
ŞİRKƏT MƏHSULLAR XİDMƏTLƏR YÜKLƏMƏ
 
ŞİRKƏT
Tarix
Məqsədlərimiz
Rəhbərlik
Xəbərlər
İctimai fəaliyyət
Əhatə dairəsi
F.A.Q
Tender
İş Anketi
Əlaqə




Baksell Afroditanın vətəninə gəldi
(2007.03.01 - 17:03:10)

Bu Kipr –in Cyprus Areeba LTD mobil şirkəti ilə bağlanan saziş sayəsində mümkün olmuşdur

Mobil rabitə operatoru olan “Baksell Ltd.” MMC-in köməyilə Azərbaycanda və onun xaricində mobil rabitə imkanları müvəffəqiyyətlə dəyişir və inkişaf edir.
Şirkətin növbəti uğuru GSM 900 və 1800 MHz  standartında fəaliyyət göstərən və öz xidmətlərilə Kiprin ərazisini əhatə edən Cyprus Areeba LTD mobil operatoru ilə imzalanmış müqavilə oldu.
Qeyd etmək lazımdır ki, Kipr sahəsinə görə Aralıq dənizində yerləşən adalar arasında  üçüncü yerdədir. Adanın xüsusiyyətlərindən biri Kiprin vizit kartı sayılan mülayim iqlimdir. Adanın sahillərində kurort şəhərləri, sakit tənha buxtalar, müxtəlif otellər və rəngarəng akvaparklar tapmaq olar. Kiprin gözəl bayram və festivalları isə bütün dünyada tanınır.
Bir rəvayətə görə məhəbbət və gözəllik ilahəsi Afrodita dənizdən Kiprin sahillərinə məhz burada çıxmışdır. Yerli sakinlər inanırlar ki, bütün adaya bənzərsiz cazibədarlıq bəxş edən ilahənin doğulduğu yerdə çimsəniz sizə o an onun cavanlığı, gözəlliyi və sağlamlığı keçəcək.
Kiprin paytaxtı Nikosiya şəhəridir. Nikosiyanın mərkəzində əsrlərlə qorunub saxlanılan və bu yaşayış məntəqəsinin ən tanınmış abidəsi olan “köhnə şəhər” yerləşir.
Baksell-in yeni partnyoru Cyprus Areeba LTD adada Baksell-ə birgə rominq xidmətini təmin edən ikinci operator oldu. Birincisi isə hələ 1999-cu ildə Cytamobile-Vodafone şirkəti olmuşdur.
Baksell-in rominq xəritəsinə yeni ölkənin daxil edilməsi sayəsində şirkətin abunəçiləri beynəlxalq rominq xidmətindən dünyanın 125 ölkəsində, 223 operatorun şəbəkəsində yararlana bilərlər.

«Baksell»-in Ěətbuat Xidməti






Sayt üzrə axtarış sistemi.



© “Bakcell Ltd” MMC. Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən materiallardan icazəsiz istifadə qadağandır. Əlaqə üçün:
Telefon: 994(12) 498-89-89
E-mail: news@bakcell.com