Bakcell üçün möhtəşəm dəyişikliklər ili başladı ()
 Daim dəyişən və inkişaf edən “Baksell Ltd” MMC öz abunəçilərinə növbəti yeniliyi təqdim etdi.
15 fevral 2007-ci il tarixindən başlayaraq Cin Kart abunəçilərinin ixtiyarına yeni 1 manatlıq danışıq kartı təqdim olundu. Bu kart vasitəsilə abunəçilər öz hesablarına tam 300 kontur yükləyə bilərlər. Həmin kartın istifadə müddəti isə 10 gündür.
Yaxın zamanlarda Bakcell abunəçilərini digər möhtəşəm dəyişiklər gözləyir. Şirkətin baş direktoru cənab Martin Kverkin sözü ilə desək: “2007-ci il Bakcell üçün möhtəşəm dəyişikliklər ili olacaq. Şirkətin inkişafı üçün nəhəng sərmayələr ayrılıb və bu il biz abunəçilərimizə onların tələbatlarını ödəyən yeni, təkmilləşmiş və keyfiyyətli xidmətlər təqdim edəcəyik.”
«Bakcell»-in Mətbuat Xidməti
|