Bakcell Bahar Kampaniyasına başladı ()
Daim dəyişən və inkişaf edən Bakcell Novruz Bayramı ərəfəsində Cin Kart abunəçiləri üçün yeni Bahar Kampaniyasına start verdi. Martın 15-dən aprelin 15-dək davam edən bu kampaniya ərzində balansına istənilən dəyərdə olan danışıq kartını yükləyən Cin Kart abunəçilərinin xəttləri 6 ay ərzində açıq olacaq. Digər sürpriz, xəttləri iki tərəfli bağlı olan Cin Kart abunəçiləri üçün nəzərdə tutulub. Həmin abunəçilər balanslarına istənilən dəyərdə olan Cin danışıq kartını yüklədikdə 6 ay açıq xəttlə yanaşı 500 kontur hədiyyə alacaqlar.
Bundan başqa şirkət Cin Kart ailəsinə qoşulan yeni abunəçilər üçündə yenilik təqdim etdi. Kampaniya ərzində Cin Kart nömrəsi alıb aktivləşdirən abunəçilərin xəttləri 6 ay ərzində açıq olacaq, balanslarına isə tam 1000 kontur danışıq əlavə olunacaq.
«Bakcell»-in Mətbuat Xidməti
|