Bakcell abunəçiləri üçün növbəti faydalı yenilik ()
Daim dəyişən və inkişaf edən “Baksell Ltd” MMC öz abunəçilərini faydalı yeniliklərlə sevindirməkdə davam edir.
Şirkət Cin Kart abunəçilərinin ixtiyarına yeni “Kontur yükləmə” xidmətini təqdim etdi. Bu xidmət bir Cin Kart abunəçisinə digər Cin Kart abunəçisinin balansına istənilən Cin danışıq kartını yükləmək imkanı verir.
Vaxt sərfiyyatı minimal, yüklənmənin sürəti anidir.
Konturları hədiyyə etmək istəyən abunəçi Cin kontur kartını alıb, öz telefonunda *101#Cin kontur kartının 13 rəqəmli sehirlı kodu#7 rəqəmli CIN telefon nömrəsi#YES düyməsini basmaqla istənilən abunəçinin balansına kontur yükləyə bilər. Qeyd etmək lazımdır ki, bu xidmət pulsuzdur və kontur yükləməsindən sonra hər iki tərəf əməliyyatın həyata keçirilməsi haqqında mesaj alır.
İndi öz dostlarına və ya tanışlarına hədiyyə etmək istəyən hər bir kəs Bakcell şirkətinin təqdim etdiyi yeni imkandan istifadə edə bilər.
«Bākcell»-in Mətbuat Xidməti
|