Bakcell 13-cü Azərbaycan Beynəlxalq “Telekommunikasiya və İnformasiya Texnologiyaları” Sərgisində fəal surətdə təmsil olunur. ()
Azərbaycanın rabitə sektorunun aparıcı şirkətlərindən biri olan Bakcell şirkəti bu həftə Bakıda keçirilən 13-cü Azərbaycan Beynəlxalq “Telekommunikasiya və İnformasiya Texnologiyaları” Sərgisində fəal surətdə təmsil olunur.
Sərgidə Azərbaycanın qabaqcıl mobil rabitə operatorunun stendində Bakcell-in yeni “Mən Səni Sevirəm” kampaniyası təqdim olunur. Bu kampaniya çərçivəsində Cin Kart abunəçilərinin ixtiyarına yeni “Sevimli nömrə” xidməti verildi.
Həmin xidmət sayəsində Cin Kart abunəçiləri istənilən bir Bakcell nömrəsini özlərinə Sevimli nömrə kimi seçə bilər və həmin nömrənin sahibi ilə 4 saniyə 1 kontur tarifilə danışa bilərlər. Xidməti aktivləşdirmək üçün Cin Kart abunəçisi öz telefonunda *109#1#yeddi rəqəmli Bakcell nömrəsi#YES yığmalıdır. Xidmətin aktivləşdirilməsi 200 kontur təşkil edir.
Abunəçi istədiyi zaman Sevimli nömrəni dəyişdirə də bilər. Bunun üçün telefonda *109#2#yeddi rəqəmli Bakcell nömrəsi#YES yığmaq kifayətdir. Bu xidmətində aktivləşdirilməsi 200 kontur təşkil edir.
Abunəçi istənilən vaxt *109#3#YES yığaraq Sevimli nömrəsini yoxlaya bilər. Bu xidmətə görə abunəçidən 5 kontur çıxılır.
Beləliklə, Bakcell yeni kampaniyalar və xidmətlər tətbiq etməklə Azərbaycanın yaxın illərdə dünya miqyasında İKT üzrə qabaqcıl ölkə kimi tanınması üçün öz töhfəsini verməkdədir.
“Bakcell”in Mətbuat Xidməti
|