Bakcell-in dəstəyi ilə əlillərin yaradıcılıq işlərinin satış-sərgisi keçirildi ()
3-4 dekabr 2007-ci il tarixində “Lotos” Əlilliyin Dərki və Təlim Mərkəzi "Bakcell" şirkəti və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Tofiq İsmayılov adına Uşaq Dünyası Qalereyasında yeniyetmə və gənc əlillərin yaradıcılıq işlərinin satış-sərgisi keçirildi.
Beynəlxalq əlillər gününə həsr olunmuş sərgi gənc əlillərin maraq müxtəlifliklərini və bacarıqlarını, həmçinin onların cəmiyyət üçün faydalı olmaq arzularını nümayiş etdirir. Sərgidə fotoşəkillər, rəsmlər, həmçinin müxtəlif əl işləri nümayiş olunurdu. Sərginin bütün iştirakçılarına diplomlar və “Bakcell” şirkətindən xatirə hədiyyələri verildi.
BMT-nın Baş Assambleyasının deklarasiyasına əsasən 14 oktyabr 2007-ci il tarixdən 3 dekabr Beynəlxalq əlilliyi olan insanların günü kimi qeyd olunur. Ardınca 1993-cü ildə qəbul edilən əlilliyi olan insanlar üçün bərabər imkanlar verən Standart Qaydalar beynəlxalq sənəd olsa da, tövsiyə xarakteri daşıyırdı. Əlillərin ləyaqət və hüquqlarının müdafiəsi və həvəsləndirilməsi haqqında konvensiya hazırlanıb. BMT-nin İnsan hüquqları üzrə ali komissarı Luiza Arburun beynəlxalq ictimaiyyətə müraciətində vurğulanır ki, bu Konvensiya əlillərin hüquq və ləyaqətlərinin müdafiəsini təmin edərək cəmiyyətin həyatına cəlb edilməsinə yönəlmişdir.
Keçirilən satış sərgisi əlilliyi olan insanlar üçün dəstək tədbiri idi. Onun məqsədi cəmiyyətin diqqətini yeniyetmə və gənc məhdud imkanlı şəxslərin yaradıcılıq və rəssamlıq potensialına, həmçinin yaradıcılıq bacarıqlarının aktivləşdirilməsi, öz güclərinə inamın artırılması və cəmiyyətə cəlb edilməsinə yönəltməkdir.
“Bakcell”in Mətbuat Xidməti
|