Bakcell üç yeni Kampaniyalara start verdi ()
Daim dəyişən və inkişaf edən Bakcell üç yeni Kampaniyaya start verdi. Fevralın 20-dən martın 31-dək davam edən bu kampaniyalar ərzində Bakcell abunəçiləri müxtəlif üstünlüklər əldə edəcəklər.
“Söhbətiniz şirin olsun” şuarı altında keçirilən kampaniyanın çərçivəsində bütün Bakcell abunəçiləri gecə saat 00:00-dan səhər saat 08:00-dək digər Bakcell abunəçilərilə 50% güzəştlə danışacaqlar.
Cin Kart abunəçiləri üçün keçirilən və “İkiqat kontur” vəd edən kampaniyada isə istənilən kontur kartı yükləyərək iki tərəfli bağlı nömrələri aktivləşdirən Cin Kart abunəçiləri yüklədikləri kontur qədər kontur hədiyyə alacaqlar.
Və nəhayət “Şad xəbərlərinizi SMS-lə çatdırın” şuarı altında keçirilən kampaniyada Cin Kart abunəçiləri yüklədikləri hər kontur kartında şəbəkədaxili hədiyyə SMS-lər alacaqlar. Yəni 1 manatlıq dəyərində olan Cin danişıq kartını yüklədikdə abunəçilər 2 pulsuz şəbəkədaxili SMS əldə edəcəklər, 2 manatlıq kart üçün 4 SMS, 6, 10 və 20 manatlıq kart üçün müvafiq olaraq 10, 20 və 40 pulsuz SMS əldə edəcəklər.
«Bakcell»-in Mətbuat Xidməti
|