|
|
Bakcell əlil uşaqlar üçün idmanı dəstəkləyir ()
7-9 Aprel 2008-ci il tarixləri arasında Bakcell-in dəstəyilə eşitmə qüsurlu əlil uşaqlar arasında futzal üzrə növbəti "Bahar kuboku" turniri keçirildi. Həmin turnir Azərbaycan Əlillər Futbolu Federasiyası tərəfindən təşkil edilmişdir. Oyunlarda Azərbaycan Respublikasının müxtəlif İnternat Məktəblərində təhsil alan əlil uşaqlar iştirak etdilər. Qeyd etmək lazımdır ki, Bakcell artıq 2-ci ildir ki, bu turnirin baş sponsorudur.
«Bakcell»-in Mətbuat Xidməti
|
|
 |

|