|
|
Hər Bakcell abunəçisi şəxsi Səsli Mesaj Qutusuna malikdir.
Əgər telefonunuz söndürülüb və ya əhatə dairəsi xaricindədirsə, əgər xəttiniz məşğuldur və ya zəngə cavab verə bilmirsinizsə, Səsli Mesaj Qutusu həmin zəngləri qəbul edib 10 gün müddətində yaddaşda saxlayacaq. Səsli Mesaj Qutusunun yaddaşında yeddi səsli mesaj saxlanıla bilər. Siz bu mesajları istədiyiniz vaxt dinləyə bilərsiniz.
Hər yeni səsli mesajın daxil olması qısa yazılı mesajla (SMS) Sizə bildirilir. Siz mobil telefonun ekranında zərf işarəsini görə bilərsiniz.
Bakcell Səsli Mesaj Xidmətinin üstünlüyü ondan ibarətdir ki, Siz səsli mesajın tarix və vaxtını proqramlaşdırıb, onu əvvəlcədən göndərə bilərsiniz. Mesaj Sizin seçdiyiniz zaman çatdırılacaq.
Sizə daxil olan səsli mesajları dinləmək üçün 7072-yə zəng etməlisiniz. 7072 yığanda sizdən gizli kod tələb olunacaq (standart gizli kod: 0000, bu kodu istədiyiniz vaxt dəyişdirə bilərsiniz). Gizli kodu daxil etdikdən sonra “#” düyməsini basmaq lazımdır. Gizli kod Sizin Səsli Mesaj Qutunuzu kənar şəhslərin müdaxiləsindən mühafizə edir.
Yeni abunəçilər üçün təlimat menyusu dinləndirilir. Təlimatı dayandırmaq üçün “*” düyməsini iki dəfə basmaq lazımdır.
Standart Səsli Mesaj Xidməti Azərbaycan dilində qoşulur. Səsli Mesaj Xidmətinə Rus və ya İngilis dilində qoşulmaq üçün Məlumat Mərkəzinə zəng etmək lazımdır.
Səsli Mesaj Xidmətinə qoşulma pulsuzdur.
Səsli mesaj üçün abunə haqqı ödənilmir.
Səsli mesajı dinləmək üçün*:
7072 → YES → gizli kod (standart gizli kod: 0000) → # → 1 (2 – mesaja cavab vermək,
3 – mesajı göndərmək, 4 – mesajı yaddaşda saxlamaq, 6 – digər mesajı dinləmək)
Səsli mesajı göndərmək üçün*:
7071 → YES → mobil telefon nömrəsi
Səsli mesajı digər mobil telefonundan dinləmək üçün*:
7072000 → YES → öz nömrəniz → # → gizli kod → # → 1
Səsli mesajı şəhər telefonundan dinləmək üçün**:
0557072000 → öz nömrəniz → # → gizli kod → # → 1
Səsli mesajı şəhər telefonundan göndərmək üçün**:
0557071000 → mobil telefonun nömrəsi
Gizli kodu dəyişdirmək üçün:
7072 → YES → gizli kod → # → 3 → 4 → 4 → yeni kod → #
Səsli mesaj salamlaması dəyişdirmək üçün:
7072 → YES → gizli kod → # → 3 → 4 → 1 → 1 → yeni səsli mesaj məlumatı → # →2
Səsli mesajı əvvəlcədən proqramlaşdırıb göndərmək üçün:
7071 → YES → mobil telefonun nömrəsi → səsli mesaj → # → 3 → 1 → istənilən vaxt (00:00 – 23:59) → # → ay (01 – 12), gün (01 – 31) → # → 3
*Zənglərin qiyməti müvafiq tarif planının şəbəkə daxili zənglər tarifilə eynidir.
**Zənglərin qiyməti “Aztelekom” İB tarifilə eynidir.
|
|
 |

|