Abunə ol Abunədən imtina
   
AZ    RU   EN
E-poçt
Login
Password
 
ŞİRKƏT MƏHSULLAR XİDMƏTLƏR YÜKLƏMƏ
 
ŞİRKƏT
Tarix
Məqsədlərimiz
Rəhbərlik
Xəbərlər
İctimai fəaliyyət
Əhatə dairəsi
F.A.Q
Tender
İş Anketi
Əlaqə




Bakcell xüsusi qayğıya ehtiyacı olan uşaqları sevindirdi
(2007.03.01 - 17:03:45)

2006-cı il iyun ayının on biri Milli Qurtuluş Günü ərəfəsində Heydər Əliyev adına Respublika Sarayı əsl bayram əhval ruhiyyəsində idi. Bakcell-in dəstəyi ilə Sarayda “Asiman” rəqs ansamblının 10 yaşı qeyd olunurdu. Bu tədbirə qonşu dövlətlərdən də qonaqlar gəlmişdi. Gürcüstanın və Dağıstanın rəqs qrupları “Asiman”-ın bu yubiley şənliyində maraqlı rəqs nömrələri göstərdilər. Coşqun və hərarətli rəqslər, şux ritmlər tamaşaçıların əhval ruhiyyəsini oxşayırdı. Respublikanın əməkdar artisti Səməd Səmədovun rəhbərliyi ilə “Qismət” grupu, gənc müğənnilərdən Elnur Məmmədov, Nadir Qafarzadə öz gözəl mahnıları ilə “Asimanı” təbrikə gəlmişdilər. Sonra orada Asiman qrupunun 10 il ərzində qət etdiyi yola, onun müxtəlif ölkələrdə keçirdiyi qastrol səfərlərinə kiçik video baxış oldu. Konsertdə Ləzginka rəqsi, “Azərbaycan Süitası”, qəhrəmanlıq və döyüş ruhunda köklənmiş Gürcü xalq rəqsləri, Rusiyanın xalq artisti Alla Puqaçovanın “Arlekino” mahnısının sədaları altında kiçik rəqqasların oynadığı məzəli rəqs, Dağıstanın rəqs grupunun gənc üzvlərinin ifasında Azərbaycan xalq rəqsi olan “Naz eyləmə” rəqsi tamaşıçıların gur alqışları ilə qarşılandı. Konserti hərbi orkestrin müşaəti ilə açıq elan edib və sona çatdırdılar. Tədbir çox uğurlu keçdi. 

Bakcell-in sayəsində və Qızıl Aypara cəmiyyətinin köməyi ilə həmin tədbirə 500 nəfərə qədər xüsusi qayğıya ehtiyacı olan uşaqlar dəvət olunmuşdular. Onların arasında hemofiliya, talasemiya, daun sindromu xəstəliklərindən əziyyət çəkən əlil uşaqlar, həmçinin şəhid və qaçqın ailələrdən və valideyinlərini itirmiş azyaşlılar var idi.

                                                      

«Baksell»-in Mətbuat Xidməti






Sayt üzrə axtarış sistemi.



© “Bakcell Ltd” MMC. Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən materiallardan icazəsiz istifadə qadağandır. Əlaqə üçün:
Telefon: 994(12) 498-89-89
E-mail: news@bakcell.com