Bu gündən Baksell abunəçiləri mobil rabitədən Uruqvayda da istifadə edə bilərlər ()
«Baksell» Uruqvayın CTI Movil mobil operatoru ilə müqavilə bağlamaqla əhatə etdiyi ölkələrin sayını 125-ə çatdırdı
Mobil rabitə operatoru olan “Baksell Ltd.” MMC-in köməyilə Azərbaycanda və onun xaricində mobil rabitə imkanları müvəffəqiyyətlə dəyişir və inkişaf edir.
Şirkətin növbəti uğuru Latın Amerikasının GSM 1900 MHz standartında fəaliyyət göstərən və öz xidmətlərilə Uruqvayın ərazisini əhatə edən CTI Movil mobil operatoru ilə imzalanmış müqavilə oldu.
Cənubi Amerikaya səyahət etməyi planlaşdıran Baksell abunəçiləri üçün qeyd etmək lazımdır ki, Uruqvay Latın Amerikanın ekolojı cəhətdən ən təmiz və təhlükəsiz ölkələrindən biridir. Özündə müstəmləkəçi və müasir arxitekturanı cəmləşdirən Uruqvayın paytaxtı Montevideo həmişə yaşıl parkların əhatəsində yerləşir. Ölkənin adı isə bu yaxınlarda istifadə olunmağa başladı. Əvvəllər bu adı çay daşıyırdı. Yerli sakinlərin dillərindən tərcümədə Uruqvay sözü “ala-bəzək quşlar çayı” və ya “ilbiz çayı” deməkdir.
Ölkənin əsas dəniz limanı və ən böyük maliyyə və mədəniyyət mərkəzi olan Montevideo şəhəri Atlantik Okeanın La Plata körfəzində yerləşir. Burada Uruqvay əhalisinin üçdə ikisi yaşayır. Çimərliklər Montevideoya kurort şəhəri abu-havası verir.
Baksell-in rominq xəritəsinə yeni ölkənin daxil edilməsi sayəsində şirkətin abunəçiləri beynəlxalq rominq xidmətindən dünyanın 125 ölkəsində, 222 operatorun şəbəkəsində yararlana bilərlər.
«Baksell»-in Ěətbuat Xidməti
|