Bakcell 1994-cü ilin mart ayında GTİB şirkəti və Azərbaycan Respublikası Rabitə Nazirliyi tərəfindən Birgə Müəssisə kimi təsis edilmişdir.
Məhz Bakcell Azərbaycanda ilk dəfə olaraq mobil rabitə xidmətləri göstərən şirkət olmuşdur. Azərbaycan bazarında ilk iri investorlar arasında öz layiqli yerini tutaraq, Bakcell bu gün də Azərbaycan iqtisadiyyatına böyük investisiyalar yatırmaqla, ölkədə uğurlu işgüzar sahibkarlıq nümunəsi nümayiş etdirir. Şirkət analoq tipli sistem operatoru (ETACS) kimi fəaliyyətə başlamışdır. 1998-ci ilin dekabr ayında Bakcell qabaqcıl GSM telekommunikasiya texnologiyasını tətbiq edərək, öz müştərilərini yüksək dünya standartlarına cavab verən şəxsi rabitə ilə təmin etmişdir.
2003-cü ilin dekabrında şirkətin özəlləşməsi prosesi uğurla başa çatmışdır. Nəticədə, 2004-cü ilin yanvar ayından başlayaraq, Bakcell 100% şəxsi kapitala malik bir şirkət kimi fəaliyyət göstərməkdədir.
Bakcell hər zaman öz fəaliyyətini abunəçilərin ehtiyaclarının ödənməsinə yönəldir. Şirkət ən yüksək tələblərə malik müştəriləri cəlb etmək və həm qabaqcadan ödəniş (prepaid), həm də sonradan ödəniş (postpaid) bazarlarında müştərilərin rabitə xidmətlərinə müxtəlif tələbatlarını ödəmək iqtidarında olan mobil məhsul və xidmətlərin geniş çeşidini təqdim edir.
1994-cü ildə təsis olunduğu andan Bakcell günbəgün öz məhsul və xidmət çeşidinin genişləndirilməsi və onların keyfiyyət səviyyəsinin yüksəldilməsi üzərində işləyir.
1. Məhsul və xidmətlərin çeşidi
Bu gün Bakcell abunəçilərin yüksək rəğbətini qazanmış üç müxtəlif məhsulunu təqdim edir. Onlardan hər biri öz fərdiliyi ilə seçilir.
1. Gold Club
2. Klass
3. Cin Kart
Hər bir müştərinin fərdiliyini nəzərə alaraq, Bakcell istənilən kateqoriyaya malik abunəçilərin tələbatlarını ödəyə bilən geniş seçim imkanı təqdim edir.
2. Müştəri xidmətləri
Bakcell hər zaman öz müştərilərinə qarşı diqqətlidir. Bu gün şirkətin abunəçilərinin sayı durmadan artır və hal-hazırda təxminən 1 000 000 təşkil edir. Şirkət və onun abunəçiləri arasında etimada əsaslanan sıx münasibətlər qurulmuşdur və Bakcell-in peşəkar, qayğıkeş kollektivi bu münasibətləri yüksək qiymətləndirərək, onları daha da gücləndirməyə can atır.
3. Qlobal xidmət
Siz öz mobil telefon nömrənizdən yalnız Avropa və Asiya ölkələrində deyil, həm də bütün Cənubi və Şimali Amerika ölkələrində, Avstraliyada, eləcə də Afrika ölkələrində sərbəst faydalana bilərsiniz. Bakcell bütün dünya üzrə öz rouminq tərəfdaşlarının sayını artırmaqda davam edir.
4. Əlverişlilik
Bakcell-in tarif planları şanvari rabitə xidmətlərini hər bir kəs üçün əlverişli və rahat edir.
Bakcell qabaqcıl texnologiyalara daim sərmayə yatıraraq, bu gün yüksək dünya standartlarına cavab verən xidmətlərini müntəzəm surətdə təkmilləşdirir.
|