|
|
Konfrans zəng
Bu xidmət sonradan ödəmə abunəçilərinə eyni zamanda sayı 5 nəfərə qədər abunəçiyə zəng edib, aralarında əlaqə saxlamaq imkanı verir. Bu GSM xidmətindən istifadə etmək üçün Sizin mobil telefonunuz onu dəstəkləməlidir. Əgər elədirsə, Siz Məlumat Mərkəzi ilə əlaqə saxlayıb, bu xidməti aktivləşdirə bilərsiniz. Telefonunuzdan konfrans zəngi etmək üçün öncə danışmaq istədiyiniz həmsöhbətlərdən birinə zəng edin, sonra onun zəngini saxlayıb (Zəng Saxlatma) digərinə zəng edin. Konfrans Zəng xidməti vasitəsilə Siz eyni zamanda 5 nəfərə qədər adamla danışa bilərsiniz. Konfrans zəngdə iştirak edən hər bir kəsə olunan zəng münasib məzənnəyə uyğun hesablanır və zəng edən tərəfin hesabının üstünə gəlir.
Zəngin məhdudlaşdırılması
Zəngin Məhdudlaşdırılması xidməti Bakcell abunəçilərinə müəyyən tipli daxil olan və çıxan zənglərin qarşısını almaq imkanı verir. Zəngləri məhdudlaşdırmaq üçün, lütfən, telefonunuzun menyusuna baxın. Bu xidmətdən roaming-lə yanaşı olaraq istifadə etmək çox yararlıdır. Bu xidmətdən istifadə etmək üçün, nömrənizdəki beynəlxalq xətt açıq olmalıdır.
Zəngin yönləndirilməsi
Bu günki çox surətli olan zamanda elə bir vəziyyət yarana bilər ki, Siz gələn zəngləri qəbul edə bilmirsiniz və ya qəbul etmək istəmirsiniz (vacibli görüş zamanı, telefonla olan problemlərə görə, əhatə dairəsi xaricində olduğunuz zaman və s.). Bu halda Zəngi Yönləndirmə xidməti çox yararlı ola bilər. Bu xidmətdən istifadə edərək, Siz bütün və ya müəyyən tipli daxil olan zəngləri Səsli Mesaj Qutusuna və ya istənilən hər hansı telefon nömrəsinə yönləndirə bilərsiniz. Bu halda ayrı kimsə zənglərə cavab verəcək.
CLİP/CLİR/SOCLİR
CLİP – zəng edən xəttin şəxsiyyətinin təqdimatı -telefonunuzun ekranında zəng edənin mobil telefonun nömrəsini göstərir (zəng edən tərəf CLİR və ya SOCLİR xidmətlərindən istifadə etmirsə).
CLİR - zəng edən xəttin şəxsiyyətinin gizlədilməsi – etdiyiniz bütün zənglər üçün mobil telefonunuzun nömrəsinin zəng etdiyiniz telefonun ekranında görünməsinin qabağını alır.
SOCLİR – abunəçi tərəfindən idarə edilən CLİR- etdiyiniz hər bir zəng üçün mobil telefonunuzun nömrəsinin zəng etdiyiniz telefonun ekranında görünüb görünməməsini seçmək imkanı. Öz nömrənizin görünməməsini istəyirsinizsə zəng vurduğunuz şəxsin telefon nömrəsinin qabağında #31# işarələrini yığmalısınız.
Zəng Gözləmə/Zəng Saxlatma
Zəng Gözləmə xidməti xəttiniz məşğul olduğu zaman digər gələn zəngi görmək imkanı verir. Bu ikinci zəng, Siz ona cavab verənə qədər, növbədə gözləyir. Mühüm hallarda Siz birinci xəttin zəngini Zəng Saxlatma vəziyyətinə keçirə bilərsiniz və ikinci zəngə cavab verdikdən sonra yenidən birinci zəngə qayıda bilərsiniz.
|
|
 |

|