Bakcell internetə qoşulmaq üçün yeni vasitə - internet kartlarını təqdim edir

19.04.2011

Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkəti yeni bir məhsul – internet kartlarını təqdim edir. Bakcell-in internet istifadəçiləri yeni kartların köməyi ilə öz mobil telefonları və ya kompyüterlərindən internetə qoşula bilərlər.

Bakcell-in bütün abunəçiləri internet kartlarından istifadə etməklə öz mobil telefonlarına və ya data kartlarına internet paketi yükləyə bilərlər. İnternet kartını aktivləşdirmək üçün kartın üzərində olan 14 rəqəmli kodu pozub *102# nömrəsinə göndərmək lazımdır.

Bakcell bir neçə nominal dəyərli internet kartlarını təklif edir: 1 AZN dəyərində 15 MB internet paket, 3 AZN dəyərində 60 MB, 5 AZN dəyərində 120 MB və 25 AZN dəyərində 1 GB internet paket. İnternet kartlarının istifadə müddəti 30 gündür.

Bakcell internet kartlarını bütün Bakcell Xidmət Mərkəzləri, BakcellIM Müştəri Xidmətləri və Satış Mərkəzləri, diler məntəqələri, mini və supermarketlər, kompyuter mağazaları və internet klublarda əldə etmək olar.

Bakcell-in internet kartı və digər məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, 555-ə zəng edin.

Qeyri-Bakcell abunəçiləri 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.