Əlilliyi olan uşaqların valideynləri üçün maarifləndirici tədbir keçirildi

29.12.2016

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin sponsorluğu, “Uğur Akademiyası” və “UAFA”-nın təşkilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri üçün maarifləndirici seminar keçirilib. Seminarın keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud olan uşaqların valideynlərinə dəstək olmaq, məsləhət vermək və məlumatlandırmaq idi. Spikerlər bu sahə üzrə geniş təcrübəyə malik mütəxəssislər- Ülviyyə Mirzəyeva və Zəhra Xələfli  əlilliyi olan uşaqlar və valideyn münasibətləri,  onlara qarşı cəmiyyətdə mövcud olan yanaşmalar, stiqmalar, həmçinin bu problemlərin aradan qaldırılmasının həlli yolları haqqında  müzakirə olunub. 

Tədbirə  həmçinin  paralimpiya çempionu İlham Zəkiyev və dünya çempionu Aynur Məmmədova da qatılıblar. Onların çox maraqlı həyat hekayələri nəinki tədbirdə iştirak edən  əlilliyi olan uşaqlar və onların  valideynləri üçün eyni zamanda əlilliyi olmayan insanlar da  böyük   motivasiya oldu. Çempionlar seminar iştirakçılarına əlilliyin baryer olmadığını və insanın öz əzmi sayəsində, əlilliyinin olub-olmamasından asılı olmayaraq  həyatda istədiyi mövqeyə sahib olmasının mümkün olduğu barədə danışıblar.

Tədbirin sonunda spikerlər onlara ünvanlandırılmış sualları cavablandıraraq, ehtiyacı olan valideynlərə müvafiq  məsləhətlər veriblər.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.