Bundan sonra Ulduzum abunəçiləri “Bank Silk Way”-in təqdim etdiyi endirimlərdən faydalana biləcəklər

08.12.2016

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə Ulduzum sadiqlik proqramının yeni tərəfdaşı “Bank Silk Way” bankını təqdim edir. Bundan sonra Ulduzum abunəçiləri pulsuz aviabiletlər əldə etmək imkanı yaradan Bank Silk Way Miles kartını aldıqları zaman 20% endirimdən faydalana biləcəklər. Kartı “Bank Silk Way”-in Bakı şəhəri, Həsən Əliyev küç. 131A ünvanında yerləşən baş ofisindən əldə etmək olar. Kartı aldıqda 20% endirim əldə etmək üçün Ulduzum Premium abunəçisi 5555 qısa nömrəsinə SMS-lə “*” göndərməklə aldığı 4 rəqəmli şifrəni təqdim etməlidir.

“Ulduzum” proqramına qoşulmaq üçün “1” yazıb 5555 nömrəsinə pulsuz SMS yollamaq kifayətdir.

Qeyd edək ki, 2.2 milyon nəfərdən çox abunəçisi və 200-dən çox tərəfdaşı olan Ulduzum bu gün abunəçilərə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edən, həmçinin öz abunəçilərinin və Ulduzum proqramının tərəfdaşları olan şirkət müştərilərinin sadiqliyini təşviq etməklə təkcə Azərbaycanda deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika regionunda da ən yaxşı müştəri xidməti göstərən proqramlardan biridir.

Ulduzum proqramından istifadənin daha asan olması məqsədilə abunəçilərin istifadəsinə verilmiş Bakcell Ulduzum mobil tətbiqetməsini (həm iOS, həm də Android platforması üçün) www.ulduzum.az keçidindən istifadə edərək yükləmək olar. Bu tətbiqetməni yükləməklə abunəçilər tərəfdaşların tam siyahısına və endirim faizlərinə, xəritədə onlara yaxın olan tərəfdaşlara və öz istifadə tarixçəsinə asan keçid əldə edə bilərlər.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

***

Bank Silk Way haqqında

"Bank Silk Vey" ASC davamlı olaraq milli miqyaslı universal maliyyə institutunun yaradılma strategiyasını həyata keçirir və hər növ müştəri kateqoriyalarına xidmət göstərir. Korporativ xidmətləri bankın fəaliyyətinin əsas istiqamətlərindəndir. Müştərilərin tələbatlarını maksimal dərəcədə ödəmək üçün biz filial şəbəkəsini fəal inkişaf etdiririk. Bu da bizim müştərilərə hər zaman və hər yerdə dünya standartları səviyyəsində müasir və keyfiyyətli bank məhsulları və xidmətləri əldə etməyə imkan yaradacaq. 

Pərakəndə biznesin inkişafı bank üçün daha əhəmiyyətlidir. "Bank Silk Vey" ASC əmanətin müxtəlif variantlarını və müxtəlif kredit məhsullarını təklif edərək əhali ilə fəal işləyir. 

"Bank Silk Vey" ASC ən etibarlı Azərbaycan banklarından biridir. Bu da onu topladığı pul vasitələrini qorumaq və çoxaltmaq, keyfiyyətli bank xidməti əldə etmək istəyən hər kəs üçün cəlbedici edir.