ALBUKART

“Bakcell” ilə “Unibank”ın birgə təqdim etdiyi ALBUKART adsız debet kartı bazarda ilk unikal kartdır ki, bankda hesab açmadan maliyyə xidmətlərindən istifadə etmək üçün üstün imkanlar yaradır. Bu kart Sizin alıcı davranışınızı dəyişəcək və ölkə ərazisində, habelə dünyanın istənilən ölkəsində plastik ödəmə kartlarını qəbul edən bütün satış nöqtələrində alış-veriş etdiyiniz zaman Sizi nağd ödəmə yükündən azad edəcəkdir. Siz, həmçinin, internet-ödəmə və digər elektron ödəmə üsullarının vasitəsi ilə yeni elektron ticarət dünyasının yaratdığı üstünlüklərdən bəhrələnə bilərsiniz.

ALBUKART aşağıdakı üstünlükləri təklif edir:

  • ALBUKARTı Bakcell Xidmət Mərkəzlərində (Bakcellim) və Unibank-ın filiallarında şəxsiyyəti təsdiq edən hər hansı bir sənəd təqdim etmədən (yalniz 18 yaşına çatmış şəxslər üçün) əldə etmək mümkündür;
  • Unibank-ın istənilən filialında sadəcə şəxsiyyət vəsiqəsini təqdim etməklə, Siz daha yaxşı istifadəçi təcrübəsini əldə edə bilərsiniz. Həyata keçirdiyiniz əməliyyatların dəyərini maksimum həddə artırılması üçün Siz öz kartınızı adınıza pulsuz rəsmiləşdirə bilərsiniz;
  • ALBUKART Sizin üçün təhlükəsiz və anonim qaydada onlayn alış-veriş etmək imkanı yaradır;
  • Bakcell-in Pulsuz Danışıq Dəqiqələri bonusları və Ulduzum Endirimlərindən faydalanmaq üçün Siz sadəcə kart alışı zamanı öz Bakcell Nömrənizi təqdim etməlisiniz*;
  • Ulduzum tərəfdaşları şəbəkəsində ALBUKART ilə alış-veriş edərkən endirimlərdən faydalanmaq üçün artıq Ulduzum kodunu təqdim etməyinizə ehtiyac yoxdur. Sadəcə ödəməni ALBUKARTınızla həyata keçirin və endirimlərdən avtomatik olaraq yerində faydalanın.
  • Kart alışı zamanı və ya aldıqdan sonra istənilən zaman öz şəxsiyyət vəsiqənizi təqdim etməyə qərar verdiyiniz halda, Unibank Sizə kartın balansındakı məbləğə illik 6%-ə qədər faiz təklif edir**
  • Siz Unibank-ın digər mövcud debet kartlarından birini almaq istədiyiniz halda, Unibank Sizə bir sıra güzəştlər təklif edir***
  • Cash-back (kart ilə edilən xərclərin geri qaytarılması) - 20%-dək
  • PULSUZ SMS bankçılıq
  • Unibank mobile applikasiyası vasitəsilə avtomatik ödəmə etmək imkanı

(*) Pulsuz danışıq dəqiqələri və ya Ulduzum endirimləri siz öz telefon nömrənizi satıcıya təqdim etdiyiniz andan toplanmağa başlayır.

(**) Siz öz şəxsiyyət vəsiqənizi Unibank-ın filiallarında satış üzrə nümayəndəyə təqdim etdiyiniz andan etibarən kartınızın balansındakı qalıq məbləğə 6%-ə qədər illik faiz gəliri əlavə olunur.

(***) UNİBANK-ın şərtləri tətbiq olunur – Daha ətraflı məlumat üçün Unibank-a müraciət etməyiniz xahiş olunur.

ALBUKARTın xüsusiyyətləri

Funksiyalar Komissiyalar
Unibank terminallarında nağdlaşdırma komissiyası 1%
Millikarta aid Banklara məxsus terminallarda nağdlaşdırma komissiyası 1%
Millikartdan kənar Banklara məxsus terminallarda nağdlaşdırma komissiyası 1%
Card to card / Cashbycode xidmətləri üzrə komissiya 1%
Mərc saytlarında edilən əməliyyatlar üzrə komissiya 4%
Konvertasiya komissiyası : AZN » Xarici Valyuta (Nağdlaşdırma, Pul köçürmələri, Kredit ödənişləri və s.)  2%
Konvertasiya komissiyası : AZN » Xarici Valyuta (POS alış-veriş / Online  ödəmələr) 0.5%

ALBUKART debet kartı şəxsiyyət vəsiqəsi təqdim etmədən adsız kart kimi əldə oluna bilər. Kartın bütün üstünlüklərindən tam faydalanmaq üçün kartı aldığınız zaman və ya ondan sonra şəxsiyyət vəsiqənizi təqdim etməklə adınıza rəsmiləşdirə bilərsiniz.

 Adsız / Şəxsiyyət vəsiqəsi təqdim etmədənAda rəsmiləşdirilən / Şəxsiyyət vəsiqəsi ilə
Hər bir əməliyyat üzrə maksimal məbləğ   50 AZN

Limitsiz istifadə
Unibank-ın şərtləri tətbiq olunur*

Maksimal illik dövriyyə 1,000 AZN

Limitsiz istifadə
Unibank-ın şərtləri tətbiq olunur*

Etibarlılıq müddəti   3 il 3 il
Nağdlaşdırma  bəli bəli
Onlayn ödəmələr  bəli bəli
Kartın balansına vəsait yüklənməsi  bəli bəli
İllik xidmət haqqı 3 AZN 3 AZN
SMS bildiriş bəli bəli
Internet bankçılıq xeyr bəli
Mobil bankçılıq bəli bəli
Kartın balansında vəsaitin qalığına hesablanan faiz gəliri xeyr bəli
Digər kart təklifləri üzrə güzəştlər bəli bəli

 

 Qeyri-Bakcell abunəçiləri üçünBakcell abunəçiləri üçün
Bonuslar (pulsuz danışıq dəqiqələri) xeyr bəli
Ulduzum endirimləri xeyr bəli

*Unibank-ın müddəa və şərtlərinə uyğun olaraq bütün məhdudiyyətlərə dəyişikliklər edilə bilər. Daha ətraflı məlumat almaq üçün UNİBANK-ın Müştəri Xidmətlərinə (117) zəng etməyiniz xahiş olunur.

Bakcell-in təqdim etdiyi imtiyazlar

ALBUKART vasitəsilə Bakcell Bonuslarından və Ulduzum Endirimlərindən faydalanmaq üçün Siz öz Bakcell nömrənizi Bakcell Xidmət Mərkəzlərində və ya Unibank-ın filiallarında satış üzrə nümayəndəyə təqdim etməlisiniz.

  • Salamlama bonusu: ALBUKART vasitəsilə həyata keçirdiyiniz ilk alış-veriş əməliyyatından sonra Bakcell Sizin nömrənizin balansına şəbəkədaxili danışıqlar üçün 50 bonus dəqiqəsi əlavə edəcəkdir;
  • Xərclədikcə əldə olunan bonus: Siz ALBUKARTınızdan Bakcell xidmətləi üçün hər 5 AZN xərclədiyinizdə, Bakcell şəbəkəsində 30 bonus danışıq dəqiqələrini qazana bilərsiniz. Bunun üçün SMS ilə gələn KODu cavab SMS-lə göndərin və bonusunuzu qazanın. Bonusun etibarlılıq müddəti 3 gündür. Siz ay ərzində maksimum 4 dəfə bonus qazana bilərsiniz;
  • Ulduzum endirimləri: Ulduzum tərəfdaşları şəbəkəsində ALBUKART ilə alış-veriş edərkən endirimlərdən faydalanmaq üçün artıq Ulduzum kodunu satıcıya təqdim etməyinizə ehtiyac yoxdur. Siz POS terminalda ödəməni öz ALBUKARTınızla həyata keçirdiyiniz zaman endirimlər avtomatik olaraq tətbiq olunacaqdır. Endirimli məbləğ birbaşa kartdan çıxılacaq.

Unibank-ın təqdim etdiyi imtiyazlar

Siz istədiyiniz zaman sahib olduğunuz ALBUKARTı yalnız Unibank-ın filiallarında öz adınıza qeydiyyata sala bilərsiniz. Bundan sonra, Siz əlavə xidmətlərdən və imkanlardan faydalana bilərsiniz.

  • Unibank-ın 70% güzəştli VISA Gold və MasterCard Gold debet kartları*;
  • Unibank-ın 50% güzəştli VISA Platinum və MasterCard Platinum debet kartları*;
  • Qiymətli hədiyyə və mükafatlar oynanılan lotereyalarda iştirak etmək imkanı*;
  • Balansdakı qalıq məbləğə faiz qazanmaq imkanı: Unibank-da fərdi reytinqinizdən asılı olaraq illik 6%-ə qədər qazanın.
  • SMS bildiriş xidmətini** aktivləşdirin və kartınızla həyata keçirdiyiniz əməliyyatlara nəzarət edin.

* Bu güzəşt bir il müddətinə verilmiş bütün kartlara tətbiq olunur; müvafiq sığorta depoziti ödənilməlidir. Unibank-ın şərtləri tətbiq olunur.

** Unibank-ın şərtləri tətbiq olunur.

Xidmət haqqı

İllik xidmət haqqı 3 AZN təşkil edir. Bu məbləğ kart aktivləşdirildiyi gündən etibarən hər il kartın balansından çıxılır.

İllik xidmət haqqı tutulma günündən sonra 60 gün ərzində ödənilmədiyi (kartın balansında kifayət qədər vəsait yoxdursa) və ya kartın etibatlılıq müddəti bitdiyi halda kart bloklaşdırılacaq.

Kartın aktivləşdirilməsi

Kartınızı aktivləşdirmək üçün kartı POS terminala və ya ATM-ə daxil edib, PİN kodu yığın. Kart aktivləşdirilməzdən əvvəl ona vəsait yüklənibsə, kart aktivləşdirilən kimi həmin vəsaiti istifadə etmək mümkün olacaqdır.

Əgər kartın istifadəçisi eyniləşdirilməyibsə, kart sahibi kartla Unibank-ın filiallarından birinə gələrək, kartın balansında olan istifadə edilməmiş vəsaiti kartın etibarlılıq müddəti bitdikdən sonra bir il ərzində kartdan çıxara bilər. Əgər kartın istifadəçisi eyniləşdirilibsə, kart sahibi öz şəxsiyyət vəsiqəsini Unibank-ın filiallarından birində təqdim edərək, kartın balansında olan istifadə edilməmiş vəsaiti kartın etibarlılıq müddətindən sonra istənilən zaman kartdan çıxara bilər.

ALBUKARTa vəsaitin yüklənməsi

Kart sahibi aşağıdakı vasitələrlə öz ALBUKARTına vəsait yükləyə bilər:

  • Unibank-ın cash-in ATM-lərində – kartı və pul vəsaitini ATM-ə daxil edərək
  • eManat ödəmə terminallarında (ödəmə nöqtələrində) – ödəmə terminalına kart nömrəsinin son səkkiz rəqəmini daxil edib vəsait yükləyərək.

DİQQƏT!

  • İstənilən şəxs bir neçə ALBUKART kartı ala bilər. Hər bir ALBUKART kartı yalnız bir mobil telefon nömrəsinə qoşula (bağlana) bilər;
  • İstifadəçisi eyniləşdirilməmiş anonim kartın balansında olan vəsait kartın cari sahibinə məxsusdur;
  • İstifadəçisi eyniləşdirilmiş kartın balansında olan vəsait, sahibliyini etibarlı şəxsiyyət vəsiqəsi ilə təsdiq edən şəxsə məxsusdur;
  • Kartın balansında olan vəsaitin itirilməsi və ya oğurlanmasına görə Unibank və Bakcell heç bir məsuliyyət daşımırlar. Kartın qorunmasına görə məsuliyyət şəxsən kart sahibinin üzərinə düşür;
  • Kartın zədələnməsinə görə Unibank və Bakcell heç bir məsuliyyət daşımırlar. Kart sahibi sahibliyi təsdiq edən etibarlı şəxsiyyət vəsiqəsini təqdim etməlidir;
  • Zədələnmiş zərfdə kart etibarsızdır. Alınan kartın zərfi zədələnmiş və ya möhürü açılmış olduğu halda, Unibank və Bakcell kartın balansına və bu cür kartdan istifadə etməklə həyata keçirilmiş əməliyyatlara görə heç bir məsuliyyət daşımırlar. Biz Sizə təkidlə tövsiyə edirik ki, kartı aldığınız zaman zədələnmiş və ya möhürü açılmış zərfdəki kartları heç bir halda qəbul etməyəsiniz. Satıcıdan Sizə möhürlü zərfi verməsini xahiş edin.