ALIB YOXLA! TAPIB TOPLA!
Azərbaycan Respublikasının ərazisində 20 dekabr 2010-ci il tarixindən 21 yanvar 2011-ci il tarixinədək “Poz və Qazan” ani stimullaşdırıcı lotereyanı “Baksell Ltd” Məhdud Məsuliyyətli Cəmiyyəti keçirdir.
Bu lotereyada 18 yaşına çatmış bütün Azərbaycan vətəndaşları iştirak edə bilər.
Bunun üçün iştirakçılar 1 AZN, 2 AZN və iki ədəd 6 AZN dəyərində 4 CIN ödəmə kartı toplamalıdırlar. Kartın arxasında yerləşən əlavə şifrə panelində hədiyyə rəmzi abunəçinin qazandığı hədiyyədir. Bundan əlavə, 4 hissədən (kartdan) ibarət olan şəkil də (uduşlu kart daxil olmaqla) toplanmalıdır.
|
Hədiyyələr: |
Sayı: |
|---|---|
|
BMW 320i markalı avtomobil |
1 |
|
“Emachine” netbuku |
100 |
|
Nokia 5130 telefonu |
200 |
|
Nokia 2330 telefonu |
350 |
|
3.3.5G Data Kart USB modemi |
500 |
|
2 AZN dəyərində CIN ödəmə kartları |
30000 |
|
1 AZN dəyərində CIN ödəmə kartları |
68849 |
İştirakçı hədiyyəli kuponları lotereyanın başladığı tarixdən lotereyanın bitmə tarixinədək, və lotereyanın bitdiyi tarixdən etibarən 90 (doxsan) iş günü ərzində Bakcell Müştəri Xidmətlərinə və ya Bakcellim-lərə öz şəxsiyyət vəsiqələri ilə təqdim etməlidir. Ödəmə kartı qazanmış abunəçilər isə həmçinin Bakcell rəsmi diller mağazalarına müraciət edə bilərlər.




