ALIB YOXLA! TAPIB TOPLA! 2011
Bakcell-dən bütün abunəçilərə Yeni il sovqatları! “Alıb Yoxla! Tapıb Topla!” lotereyasında iştirak edin və 2012-ci ili on minlərlə dəyərli hədiyyələrlə qarşılayın. Və əsas mükafat Mercedes-Benz C250 AMG idman paketli avtomobilini qazanmaq şansını əldən verməyin!
Yeni “Alıb Yoxla! Tapıb Topla!” ani stimullaşdırıcı lotereya 2011-ci ilin dekabrın 10-dan – 2012-ci ilin yanvarın 10-na kimi keçirilir.
Mükafat fonduna aşağıdakı hədiyyələr daxildir:
|
Hədiyyələr: |
ədəd |
|---|---|
|
Mercedes-Benz C250 AMG idman paketli |
1 |
|
HP noutbuklar |
20 |
|
Acer netbuklar |
30 |
|
Nokia 7230 telefonlar |
50 |
|
Nokia E5 telefonlar |
30 |
|
Nokia 500 telefonlar |
20 |
|
Nokia 5130 telefonlar |
133 |
|
Nokia 2330 telefonlar |
120 |
|
Bakcell Daka Kart USB modemlər |
500 |
|
Apple iPad 2 16GB WiFi |
3 |
|
Apple iPod shuffle 2GB |
10 |
|
Apple iPod nano |
5 |
|
Apple iPhone 4 16GB |
3 |
|
Bakcell WiFi modemlər |
50 |
|
BlackBerry Curve smartfonlar |
10 |
|
1 AZN-lik İnternet kartlar |
5000 |
|
3 AZN-lik İnternet kartlar |
2000 |
|
5 AZN-lik Klass ödəmə kartlar |
300 |
|
2 AZN-lik CIN ödəmə kartlar |
30,000 |
|
1 AZN-lik CIN ödəmə kartlar |
61,715 |
Qeyd.
- Lotereyada 18 yaşına çatmış bütün Azərbaycan vətəndaşları iştirak edə bilər.
- CIN abunəçiləri bir ədəd 1 AZN, iki ədəd 2 AZN və bir ədəd 6 AZN, Klass və Gold abunəçiləri isə üç ədəd 5 AZN və bir ədəd 10 AZN dəyərində 4 danışıq kartlarını toplamalıdırlar. Kartın arxasında yerləşən əlavə şifrə panelində qeyd edilmiş hədiyyə abunəçinin qazandığı mükafatdır.
- Həmçinin kartın arxasında yerləşən əlavə şifrə panelində boyanın altında “Avtomobil uduş kuponu” adlı yazı və şifrə yerləşdirilmişdir. Avtomobili qazanmaq üçün həmin kart daxil olmaqla 4 hissədən (kartlardan) ibarət olan şəkil də (uduşlu kartlar daxil olmaqla) toplanmalıdır.
- Tirajda avtomobilin oynanılması üçün iştirak edən kartlardan yalnız biri qalib gələcək. Uduşlu kart lototron vasitəsilə müəyyənləşəcək.
- İştirakçı hədiyyəli kartları lotereyanın başlandığı gündən bitmə vaxtınadək və lotereyanın sona çatdığı tarixdən sonra 90 (doxsan) iş günü ərzində Bakcell Müştəri Xidmətləri Mərkəzlərinə və ya Bakcell-IM şöbələrinə öz şəxsiyyət vəsiqəsi ilə bərabər təqdim etməlidir. Bu müddətdən sonra iştirakçıların uduşun alınması üçün müraciəti qəbul edilməyəcək.
- Ödəniş kartı qazanmış abunəçilər isə həmçinin Bakcell rəsmi diler mağazalarına müraciət edə bilərlər.
- Lotereyada iştirak edən ödəniş kartları yalnız 2011-ci ilin dekabrın 10-dan 2012-ci ilin yanvarın 10-na kimi balansa yükləndikdə uduşlu hesab edilir.
- Lotereyanın 2011-ci ilin dekabrın 10-dan – 2012-ci ilin yanvarın 10-na kimi keçirilməsinə baxmayaraq avtomobili qazanmaq üçün toplanılan uduşlu kartların təqdim edilməsi fevralın 11-nə kimidir. Digər hədiyyələrin uduşlu kartları isə lotereyanın bitdiyi tarixdən etibarən 90 (doxsan) iş günü ərzində təqdim edilə bilər.Diqqət! Hörmətli abunəçilər, lütfən, əlinizdə olan avtomobilin uduşlu kartlarını 2012-ci ilin fevralın 11-nə kimi təqdim edin. Bu tarixdən sonra avtomobilin uduşlu kartları qəbul edilməyəcək.
- Fevralın 15-i saat 17:00-da əsas hədiyyə Mercedes-Benz C250 AMG idman paketli avtomobilin uduşu keçiriləcək.Lotereyanın keçirilmə ünvanı: AutoStarKaukasus şirkətinin (Mercedes-Benz şirkətinin Azərbaycanda rəsmi distributoru) salonu.Babək Prospekti 1145, Bakı şəhəri.
Lotereyanın keçirilməsi haqqında daha ətraflı məlumat əldə etmək üçün YÜKLƏYİN.




