Unutmusuz?

Qeydiyyat

ATM, köşklər və bank filialları vasitəsilə ödəniş

ATM vasitəsilə ödəmə.

Mobil telefonun balansı yerli bankların ATM terminalı vasitəsi ilə artırıla bilər. Bunun üçün abunəçi yükləmə əməliyyatlarını yerinə yetirmək üçün balansında kifayət qədər pul vəsaiti olan etibarlı VISA və ya MasterCard kredit kartına malik olmalıdır. Bu xidmət abunəçilər üçün pulsuz təqdim olunur.

ATM vasitəsi ilə balansı artırmaq üçün:

  • Kredit kartını daxil edin və kartın PİN nömrəsini yığın
  • Bakcell ödənişini seçin
  • Mobil nömrənizi daxil edin
  • Tarif planını seçin: CIN, Klass və ya Gold
  • Zəruri məbləği yükləyin
  • Məbləği təsdiq edin

ATM ilə yükləmə əməliyyatı başa çatan zaman balans artırılacaqdır.

Yüklənə biləcək minimal məbləğ 1 AZN təşkil edir. Ödənişin maksimal məbləği 200 AZN. Yükləmə üçün həmçinin natamam məbləğlər qəbul olunur (məsələn, 1.20 AZN).

Köşklər vasitəsilə ödəmə

Balansın artırılması bankda və ya bir çox digər məntəqələrdə quraşdırılan bank köşkləri vasitəsi ilə aparıla bilər. Bu zaman ATM ilə ödəniş üçün tələb olunan proseduraya əməl edin.

Nəğd şəkildə bank filialı vasitəsilə ödəmə

Balans yerli bankın istənilən filialında nəğd olaraq artırıla bilər. Bunu üçün banka yaxınlaşın və mobil telefonunuz üçün zəruri ödənişi banka ödəyin. Bu xidmət abunəçilər üçün pulsuz təqdim olunur. Pul vəsaiti ödənildiyi anda balansa yüklənəcəkdir.