Unutmusuz?

Qeydiyyat

Bakcell Data Kart və İnternet paketləri

Bakcell bütün abunəçilərinə Bakcell Data Kart və yüksəksürətli mobil İnternet təklif edir. SİM-kartınızı USB modeminə salıb onu kompüterinizə, noutbukunuza və ya hər hansı digər daşınar cihaza USB port vasitəsilə qoşun və harada olduğunuzdan asılı olmayaraq – evdə, yolda, işdə gündə 24 saat, həftədə 7 gün ərzində yüksəksürətli mobil İnternetdən yararlanın. Yalnız bir “klik” etməklə:

  • elektron poçtunuza baxmaq,
  • çatlarda və sosial şəbəkələrdə yazışmaq,
  • ən son xəbərləri nəzərdən keçirmək,
  • sevdiyiniz mahnıları yükləmək

və, əlbəttə ki, saytımızda Bakcell-in məhsul və xidmətləri haqqında bütün yenilikləri diqqətlə izləmək imkanını əldə edəcəksiniz.

Bakcell Data Kart vasitəsilə Siz həmçinin İnternetə qoşulmadan SMS-mesajlarınızı da göndərə bilərsiniz.

Bakcell Data Kart-larını Bakcell-in bütün Müştəri Xidmətləri Mərkəzlərindən, Bakcell-IM-lərdə və rəsmi diller və distribütorlarımızın dükanlarından əldə edə bilərsiniz.

  • Mobil telefonunuzda İnterneti aktivləşdirmək üçün 5950 qısa nömrəsinə boş SMS göndərin. Siz İnternetə sürətli çıxış üçün avtomatik seçənəkləri SMS vasitəsilə alacaqsınız. Bu seçənəkləri qəbul edib saxlamaq lazımdır.
  • Siz həmçinin İnterneti özünüz aktivləşdirə bilərsiniz. Bunun üçün telefonun menyusunda “Şəbəkə ayarları” bölümünə daxil olub APN-ə internet.bakcell.com sözünü yazın. Digər seçənəklər adətən dəyişilməz olaraq qalır.
  • Bakcell Data Kart-ı aktivləşdirmək üçün sadəcə star134hashcall   yığın.
  • Yüksəksürətli 3G şəbəkəsini aktivləşdirmək haqqında məlumat əldə etmək üçün www.suret.bakcell.com saytına daxil olun.

 Qeyd: İnternetdən istifadə etmək üçün hesabınızda ən azı 0.26 AZN olmalıdır.

Getdiyiniz hər bir yerdə yüksəksürətli İnternetdən istədiyiniz kimi faydalana bilərsiniz.

Bakcell Sizə “Smart” və “Limitsiz” sərfəli İnternet paketlərini təqdim edir. “Smart” paketləri ilə Siz mobil telefonunuz və ya smartfonunuzla 30 gün müddətinə İnterneti qarış-qarış dolaşa bilərsiniz. “Limitsiz” paketləri isə planşetiniz, modeminiz, noutbukunuz və netbukunuz üçün mükəmməl fürsətdir.

 

AZN

USB modem Bakcell Data Kart

35

Trafik

İstifadə müddəti


40 Kb

istənilən

0.01

Smart 1 - 40MB

30 gün

1

Smart 2 - 120 MB

30 gün

2

Smart 3 - 360 MB

30 gün

3

Limitsiz 1

1 gün

2

Limitsiz 2

7 gün

12

Limitsiz 3

30 gün

22

SMS-lər üçün

Göndərilən SMS

AZN

1 SMS (Data Kart üçün) ölkədaxili

0.4

1 SMS (Data Kart üçün) ölkə xaricinə

0.73

Bakcell abunəçiləri hər iki paketdən bütün mobil vasitələrdə İnternetə qoşulmaq üçün istifadə edə bilərlər.

  • 40 MB-lıq Smart 1 paketini aktivləşdirmək üçün “40” yazıb SMS-lə 5934 nömrəsinə göndərin və ya mobil telefonunuzda star134hash40hashcall   yığın.
  • 120 MB-lıq Smart 2 paketini aktivləşdirmək üçün “120” yazıb SMS-lə 5934 nömrəsinə göndərin və ya mobil telefonunuzda star134hash120hashcall   yığın.
  • 360 MB-lıq Smart 3 paketini aktivləşdirmək üçün “360” yazıb SMS-lə 5934 nömrəsinə göndərin və ya mobil telefonunuzda star134hash360hashcall   yığın.
  • 1 günlük Limitsiz 1 İnternet paketini aktivləşdirmək üçün “1” yazıb SMS-lə 5934 nömrəsinə göndərin və ya mobil telefonunuzda star134hash1hashcall yığın.
  • 7 günlük Limitsiz 2 İnternet paketini aktivləşdirmək üçün “7” yazıb SMS-lə 5934 nömrəsinə göndərin və ya mobil telefonunuzda star134hash7hashcall yığın.
  • 30 günlük Limitsiz 3 İnternet paketini aktivləşdirmək üçün “30” yazıb SMS-lə 5934 nömrəsinə göndərin və ya mobil telefonunuzda star134hash30hashcall yığın.
  • İstifadə edilməmiş İnternet trafikini yoxlamaq üçün star134hash559hashcall yığın və ya “559” yazıb 5934 qısa nömrəsinə SMS göndərin.
  • Əlavə məlumat əldə etmək üçün star134hash551hashcall yığın və ya “551” yazıb 5934 qısa nömrəsinə SMS göndərin.

Qeyd:

İnternetin keyfiyyətli istifadəsini təmin etmək məqsədi ilə ədalətli istifadə siyasəti tətbiq edilir. Trafik həcmi müəyyən həddə çatdıqda İnternetə qoşulma sürəti 64 kbit/s enəcək:

“Limitsiz 1” paketində trafik həcmi 400 MB;

“Limitsiz 2” paketində trafik həcmi 3 GB;

“Limitsiz 3” paketində trafik həcmi 10 GB.