Şirkətin işçiləri üçün yaratdığı şərait

Şirkətdə Kredit almaq imkanı

Bakcell şirkətində 6 aydan az olmamaq şərtilə çalışan hər bir ştat işçisi aşağı faizlə kredit götürmək hüququna malikdir.

Əlavə Ödənişlər 

Bakcell işçiləri növbələrdə çalışarkən və ya çağırış əsasında şirkətə gələrkən əlavə ödəniş hüququna malikdirlər.

Sığorta

Sınaq müddətini uğurla başa vuran bütün Bakcell işçiləri tibbi sığorta ilə təmin olunurlar.

Şirkətdən kənar təlimlərin maliyyələşdirilməsi

İşçilər şirkətdən kənar aldıqları təlimin maliyyələşdirilməsini xahiş edə bilərlər. Maliyyələşdirmənin həcmi, müddəti kimi şərtləri şirkət özü təyin edir. Həmçinin, işçi şirkətin siyasət və prosedurlarına zidd olan şəkildə davrandığı təqdirdə, şirkət maliyyələşdirməni dayandırmaq hüququna malikdir.

Şirkətin mobil və sabit rabitə xətlərinin ayrılması və istifadəsi 

Hər bir Bakcell əməkdaşı üçün bütün Bakcell nömrələrinə pulsuz zəng etmək imkanı verilir. İşçinin vəzifə və ya vəzifə öhdəliklərindən asılı olaraq, işçilərə şirkət telefon xətti ayrılır. Şirkətin telefon xətti müavinət sayılır (müəyyən işçilərə təqdim olunur).

Istisna hallarda işçilərin iş tələblərinə uyğun olaraq, müəyyən işləri icra etmək üçün (ezamiyyət və s.zamanı) bəzi xətlər müvəqqəti olaraq təmin edilə bilər.

Ad günü və Bayramda hədiyyə kartları

Bütün Bakcell əməkdaşlarına ad günündə və qadınlara isə Beynəlxalq Qadınlar Bayramı münasibətilə hədiyyə kartları verilir.

Geyim Siyasəti

Bakcell işçilərindən səliqəli, təmiz və müvafiq geyimdə (işgüzar görüşlər, xüsusilə rəhbərlik, tədarükçülər və müştərilərlə görüş zamanı) olmalarını tələb edir. İşçilər müvafiq qaydada geyinməlidirlər.