Mənə zəng et
Sizin balansınızda vəsait bitmək üzrədir? CIN balansınızda vəsait bitib? Siz istəyirsiniz ki, Sizə zəng vursunlar?
Narahat olmayın! Danışmağa davam edə bilərsiniz! “Mənə zəng et” xidmətinin yeni imkanları ilə Siz Azərbaycandakı istənilən mobil rabitə operatorunun nömrəsinə sorğu göndərə bilərsiniz. Yaxınlarınız və doslarınız “Göndərən abunəçi” sahəsinə sizin mobil telefon nömrənizdən SMS mesajları alacaq və bu sorğunun məhz kim tərəfindən göndərildiyini görəcəklər.
“Mənə zəng et” sorğusunu Bakcell abunəçisinə göndərmək üçün
-
Bakcell abunəçiləri üçün, sadəcə star103hash 055 və dostunuzun 7-rəqəmli Bakcell nömrəsini daxil edin, sonra isə hashcall düymələrini basın və ya star103hash055 , dostunuzun 7- rəqəmli Bakcell nömrəsi və, hashcall
-
Digər mobil rabitə operatorlarının abunəçiləri sadəcə:
-
star103hash055 XXXXXXX hashcall
-
star103hash051 XXXXXXX hashcall
-
star103hash070 XXXXXXX hashcall
-
star103hash077 XXXXXXX hashcall
-
star103hash040 XXXXXXX hashcall
-
Bakcell dostunuza Sizə zəng etmək xahişini bildirən SMS göndərəcək.
Siz “Mənə zəng et” xidmətindən gün ərzində 5 dəfəyədək istifadə edə bilərsiniz. Digər Bakcell abunəçisinə “Mənə zəng et” sorğusunu göndərmək üçün Sizin balansınızda 2 və ya daha az qəpik, digər mobil operator abunəçilərinə bu sorğunu göndərmək üçün isə 3 və ya daha az qəpik olmalıdır.
Bu xidmətdən həmçinin, xaricdə olduğunuz müddətdə, telefonunuz rouminqdə olarkən istifadə etmək mümkündür. Əlbəttə, rouminqdə olarkən balansınız sıfıra bərabər olduğu halda, Siz zəngləri qəbul edə bilmirsiniz (çünki rouminqdə daxil olan zənglər də pulludur), lakin Sizdən bu cür SMS almış yaxınlarınız balansınızın sıfır səviyyəsində olduğunu öyrənəcək və nömrənizə vəsait yükləyə biləcəklər.




