Unutmusuz?

Qeydiyyat

CIN + Nokia = 15 000 pulsuz kontur

CIN + Nokia = 15 000 pulsuz kontur

Bakcell-dən yeni möcüzə - “CIN + Nokia = 15 000 pulsuz kontur” kampaniyası

“CIN+ Nokia = 15 000 pulsuz kontur” kampaniyasına necə qoşulmaq olar

Üç ay ərzində 15 000 pulsuz kontur əldə etmək çox asandır:

Birinci ay

  • Yeni CIN nömrəsi və Nokia 1661, yaxud Nokia 2600 alın
  • Eyni zamanda Yeni CIN nömrəniz üçün 15 000 pulsuz kontur hədiyyə qazanın
  • Dillerin köməyi ilə yeni CIN nömrə və telefonunuzu kampaniyada iştirak üçün qeydiyyatdan keçirin
  • 6, 10 yaxud 20 manatlıq CINkontur kartını alın və bu konturları yeni Nokia 1661 yaxud Nokia 2600 telefonunuzda istifadə etdiyiniz CIN nömrənizə yükləyin (Siz bunu ay ərzində edə bilərsiniz)
  • “CIN + Nokia = 15 000 pulsuz kontur” kampaniyası çərçivəsində hesabınıza dərhal əlavə 2 000 pulsuz kontur yüklənəcək

İkinci ay

  • 6, 10 yaxud 20 manatlıq CIN kontur kartını alın və bu konturları yeni Nokia 1661 yaxud Nokia 2600 telefonunuzda istifadə etdiyiniz CINnömrənizə yükləyin
  • Hesabınıza dərhal 4 000 pulsuz kontur yüklənəcək

Üçüncü ay

  • 6, 10 yaxud 20 manatlıq CIN kontur kartını alın və bu konturları yeni Nokia 1661 yaxud Nokia 2600 telefonunuzda istifadə etdiyiniz CIN nömrənizə yükləyin
  • Hesabınıza dərhal 8 000 pulsuz kontur yüklənəcək

Beləliklə, Siz cəmi 15 000 pulsuz kontur əldə edərsiniz:

  • Yeni CIN nömrəsi və Nokia 1661 yaxud Nokia 2600 alanda 1 000 pulsuz kontur
  • Nömrə ilə telefondan birgə istifadənin birinci ayında 2 000 pulsuz kontur
  • Nömrə ilə telefondan birgə istifadənin ikinci ayında 4 000 pulsuz kontur
  • Nömrə ilə telefondan birgə istifadənin üçüncü ayında 8 000 pulsuz kontur

Tələsin, kampaniya yalnız 31 avqust 2009-cu il tarixinədək davam edəcək

Bakcell hər ayın əvvəlində Sizə SMS vasitəsi ilə hesabınıza yüklənmiş bonus konturları barəsində xəbər verəcək. Sizin yeni CIN nömrəniz satış zamanı dərhal aktivləşdirmək ediləcək və bizim satış üzrə məsləhətçilərimiz Sizə “CIN + Nokia = 15 000 pulsuz kontur” kampaniyasına qoşulmağa yardım edəcəklər.

Lütfən, nəzərə alın ki, Siz pulsuz konturları yalnız aldığınız CIN nömrənizi Nokia 1661, yaxud Nokia 2600 ilə birlikdə istifadə etdiyiniz halda əldə edə bilərsiniz. Əgər Sizin SIM kartınız başqa telefonda istifadə olunursa və/və ya telefonunuzda hər hansı digər SIM kart istifadə olunursa, Siz bu konturları əldə edə bilməyəcəksiniz. Eyni zamanda, kampaniyada iştirak zamanı Siz Bakcell-in digər CIN abunəçisinin balansına kontur göndərmək imkanından istifadə edə bilməyəcəksiniz.

15 000 pulsuz konturu necə sərf etmək olar?

15 000 pulsuz kontur ilə dost və yaxınlarınızla danışaraq gözəl vaxt keçirə bilərsiniz. Siz konturlarınızı ölkədaxili və  ölkəxarici zənglərə, SMS göndərməyə, elektron poçtunuzu yoxlamağa və ya bəyəndiyiniz İnternet səhifələrinə baxmağa sərf edə bilərsiniz.