Şirkət

Bakcell 1994-cü ilin mart ayında GTİB şirkəti və Azərbaycan Respublikası Rabitə Nazirliyi tərəfindən Birgə Müəssisə kimi təsis edilmişdir. Bakcell Azərbaycanda ilk mobil rabitə xidməti göstərən şirkətdir.

Azərbaycanda ilk iri sərmayəçilərdən biri olaraq, Bakcell şirkəti indi də qabaqcıl texnoloji avadanlıqların tətbiqi və müştərilərimizə xidmət göstərən işçi heyəti vasitəsilə iqtisadiyyata sərmayə yatırmağa davam edir. Bununla da şirkət ölkədə müvəffəqiyyətli biznes nümunəsini nümayiş etdirir.

Şirkət Analoq Tipli Sistem Operatoru (ETACS) kimi fəaliyyətə başlamışdır. 1998-ci ilin Dekabr ayında Bakcell qabaqcıl GSM telekommunikasiya texnologiyasını tətbiq edərək, müştərilərini dünya standartlarına cavab verən mobil rabitə ilə təmin etdi. 2003-cü ilin Dekabrında şirkətin özəlləşmə prosesi uğurla başa çatmışdır. Nəticədə, 2004-cü ilin yanvar ayından başlayaraq, Bakcell 100% şəxsi kapitala malik (olan) bir şirkət kimi fəaliyyət göstərməkdədir.

Məqsədimiz!

Məqsədimiz Azərbaycanda fiziki və hüquqi şəxslərin bir nömrəli seçimi olan Telekommunikasiya Şirkəti olmaqdır.

Missiyamız!

Bakcell bazarın tələblərinə cavab verən və keyfiyyətin artırılması üzrə daim çalışan bir şirkət olacaq.

Dəyərlərimiz!

  • Fayda - Biz hər zaman müştərilərimizə onların gözlədiklərindən daha çox fayda verəcəyik.
  • Qayğı - Biz müştərilərimizi dinləyərək onlara böyük diqqət ayıracağıq.
  • Millilik - Biz Azərbaycanda bir nömrəli seçim olmuşuq və olacağıq.
  • Tərəqqi - Biz hər zaman ən son texnologiyalarla irəliləyəcəyik.
  • Sadəlik  - İstifadədə rahat olacağıq.

Mədəniyyətimiz

Yaratmağa çalışdığımız mədəniyyət qarşılıqlı hörmətə əsaslanır. Bizim şirkətin məqsədlərinə nail olmaq üçün səylərini əsirgəməyən hər bir işçi hörmətə layiqdir.

Siyasətimiz

İstənilən şirkət kimi bizim də təməl prinsiplərimizi müəyyənləşdirən siyasətimiz və müxtəlif vəziyyətlərdə tətbiq olunan qaydalarımız var. Bütün bunlar bizim iş yolumuzda olan məhdudiyyətləri və maneələri daha aydın görməyə xidmət edir (Misal olaraq, bizim işçilərimiz, müştərilərimiz, tədarükçülərimiz və tərəfdaşlarımızla iş zamanı Sağlamlıq və Təhlükəsizlik qaydalarına əməl olunmasını necə təmin etdiyimizi göstərmək olar).

İş üslubumuz

Dinamik inkişaf edən şirkət olduğumuzu nəzərə alaraq, biz daim iş proseslərimizi (iş üslubumuzu) müəyyənləşdirməyə və təkmilləşdirməyə çalışırıq. Bu səbəbdən, şirkətdə işin gedişi, istifadə etdiyimiz sistem və alətlər, əməl etdiyimiz prosedurlar və işi bizdən asılı olan həmkarlarımıza təhvil verdiyimiz sənədlər barədə məlumatlı olmanız üçün prosedurlar və lazımi sənədlər mövcuddur.

İşimizin təkmilləşdirilməsi və rəqiblərimizdən daim üstün olmaq üçün biz, imkan daxilində, dünyada tətbiq olunan qabaqcıl təcrübələrdən faydalanmağa çalışırıq.