Təhsil layihələri

Junior Achievement Azərbaycan (JAA) Mobil Telekommunikasiya Businesinə Giriş Proqramı (IMTB)

Mobil Telekommunikasiya Businesinə Giriş Proqramı (IMTB) Alcatel-Lucent Azərbaycan təşkilatı ilə əməkdaşlıq şəraitində və Bakcell-in dəstəyi ilə 2010-cu ilin sentyabr ayında start götürüb. JAA təşkilatı tərəfindən həyata keçirilən bu iki illik proqram 90 tələbəyə öz təhsillərinin 1-ci və 2-ci illərində  işə hazırlıq, biznes etika və mobil telekommunikasiya sənayesi üzrə ixtisaslaşmış təlimlər keçərək, əldə edilmiş biliklərin Bakcell və Alcatel-Lucent şirkətlərində təcrübə yolu ilə tətbiq edilməsini təmin edəcək. Bacarıqların artırılması fəaliyyətləri ilə yanaşı, proqramda həmçinin mobil telekommunikasiya şirkətləri üçün təcrübə mübadiləsi proqramı vəsaitlərinin hazırlanması nəzərdə tutulur.

Daha ətraflı məlumat əldə etmək üçün xahiş edirik ki, www.imtb.mobi  IMTB Portalına daxil olasınız.

AIESEC Azerbaijan: 

2010-cu ilin Noyabr ayında  Bakcell  dünyada ən böyük tələbə təşkilatı olan AIESEC  Azərbaycan ilə Anlaşma Memorandumu imzaladı. Bakcell və AIESEC-in gənclərin bilik və bacarıqlarını artırmaq istiqamətində əməkdaşlıqları çərçivəsində Bakcell-in gənc işçilərinin AIESEC-in beynəlxalq təcrübə mübadiləsi proqramlarında iştirak etməsi, eləcə də tələbələr və universitet məzunlarına Bakcell şirkətində təcrübə keçmək imkanlarının yaradılması nəzərdə tutulur.

http://www.aiesec.az/en/partners/national-partners/