Unutmusuz?

Qeydiyyat

Endryu Qusça

   

Endryu Qusça

Endryu Qusça 2011-ci ilin mart ayında Bakcell şirkətinin maliyyə direktoru vəzifəsinə təyin edilib. Endryu telekommunikasiya sektorunda maliyyə və əməliyyatların idarəedilməsi üzrə 16 illik iş təcrübəsinə malikdir. O, Şərqi Avropanın bir sıra telekommunikasiya şirkətlərində rəhbər vəzifələrdə çalışıb.

Endryu İllinoys Dövlət Universitetinin mühasibatlıq fakültəsini bitirib və CPA üzrə sertifikat alıb. Öz karyerasını ABŞ-da, Manville Corporation, Summitville Gold Mine və American Standard kimi korporasiyalarda maliyyə və muhasibat idarəetməsi sahələrində çalışarkən başlayıb. 1993-cü ildə Endryu Rusiyanın GTS (indiki Beeline) şirkətində maliyyə direktoru vəzifəsinə təyin edilib. Daha sonra o, Comsat Russia və Metromedia şirkətlərində müxtəlif rəhbər vəzifələri icra edib.

Bakcell-dən əvvəl Endryu Orange şirkətində, Orange Business Services Rusiya və Orange Moldova uzrə maliyyə direktoru vəzifəsində 6 il çalışıb.