Unutmusuz?

Qeydiyyat

*200 Əyləncəli USSD portal

Xidmətin təsviri

*200 Əyləncə portalı – abunəçilərə multimedia kontent: melodiyalar, real tonlar, java-oyunlar, divar şəkilləri, video-kliplər, animasiyalar təklif edir.

Melodiya və şəkillər yükləmək üçün SMS-xidmətlərindən fərqli olaraq *200 Əyləncə Portalı hər hansı xidmət nömrəsinə göndərilən kod və komanda sistemini yadda saxlamaqdan abunəçini azad edir.

Abunəçi telefonunda hər dəfə xidmət üzrə “addım” edərkən aldığı USSD-menyusu ilə portalın bütün bölümlərinə  daxil ola bilər.

Bu necə işləyir?

  1. Mobil telefonunuzda *200 nömrəsini yığıb səsli mesaja qulaq asmaq lazımdır:

    • Bir neçə saniyədən sonra telefonun ekranına  interaktiv menyu gəlir

  2. Menyu bölümlərini  seçmək üçün Yes/OK və ya “Answer (Cavab)” basmaq lazımdır

  3. Menyu bölümün nömrəsini daxil etmək

  4. Mesaj göndərmək (şəkilə bax)

Birinci menyu bölümünü seçdikdə abunəçinin telefonuna onu maraqlandıran bölmə və ya media-elementdən ibarət olan menyunun ikinci səviyyəsi gəlir.

“Yüklə” bölməsini seçəndən sonra abunəçiyə  seçdiyi elementi yükləmək üçün SMS-mesaj  ilə WAP-ünvan göndərilir.

Bölmələrin təsviri

Avrovizion 2010

Bu bölmədə Avrovizion 2010 müsabiqəsinin ən yaxşı hitlərini, həmçinin sevimli ifaçıların şəkillərini, video-kliplərini yükləyə bilərsiniz.

Super hitlər

Burada Azərbaycan, Türkiyə, Rusiya və digər ölkələrin ən məşhur müğənnilərinin tanınmış hitləri təqdim olunub.

Janrlar üzrə musiqi

Burada hər kəs öz musiqi zövqünü oxşaya bilər. Bölmədə RnB-dən tutmuş Rok musiqisinədək geniş assortimentli melodiyalar təqdim olunub.

Qlamur telefon

Bu bölmədə yalnız gözəlliyə qiymət verənlər üçün telefonun ekranını işıqlandıracaq ən qlamur ekran animasiyaları toplanıb.

Parodiyalar

Gülmək istəyirsiniz? Burada laqeyd qala bilməyəcəyiniz tanınmış aktyor və artistlərin məşhur kinofilmlərdən çıxarılmış video-parodiyaları və məzəli animasiyaları toplanıb.)

İtlər və pişiklər

Bu bölmə telefonunuza qonaq olmaga şad olan şirin və gülməli heyvan təsvirlərindən ibarətdir.

Qiyməti

Xidmətin nömrəsiTarif, AZNKontentin növü

 


*200

0,20 Xidmətə giriş
0,90 Realtonlar, şəkillər
2,50 Video və melodiyalar (fulltracks)
0 Məlumat

Naviqasiya xidməti pulsuzdur!

Abunəçi xidmətə ilk müraciət etdikdə mobil telefonuna pulsuz SMS – mesaj ilə xidmətin qaydaları haqda məlumat alacaq.