TQDK imtahanlarına CAVAB

CAVAB xidməti vasitəsi ilə Bakcell istifadəçiləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi sınaq və qəbul imtahanlarının nəticələrini öyrənə bilərlər.

Nəticəni əldə etmək üçün öz kodunuzu mesaj vasitəsilə qısa 7727 nömrəsinə göndərin. Cavab mesajında sınaq imtahanı nəticəsində topladığınız balı alacaqsınız. Ali məktəbə uğurla keçdikdə, ixtisas kodu ilə cavab mesajı gəlir.

Daxil olduğunuz ali məktəbi və ixtisası öyrənmək üçün, ixtisas kodunuzu mesaj vasitəsilə 7737 nömrəsinə göndərin.

Bundan əlavə, istifadəçilər SMS-məlumatlandırılma xidmətindən yararlana bilərlər. Xidmətin vasitəsi ilə sınaq imtahanları, ali və orta ixtisas təhsili müəssisələrinə, maqistratura səviyyəsinə qəbulla bağlı məlumatı mobil telefon vasitəsilə öyrənmək mümkün olacaq. 

Bu xidmətdən yararlanmaq üçün sadəcə müvafiq açar sözlərin baş hərflərini - A (abituriyent), B (bakalavr), S (sınaq) və ya O (orta ixtisas) yazıb 82002-yə göndərmək kifayətdir. Abunə olmaq istəyən şəxs 4 məlumat blokundan hər hansı birinə, yaxud hamısına abunə ola bilər. Hər blok üçün 1 aylıq abunə haqqı 53 qəpikdir.