Bakcell abunəçilərinə PULSUZ Facebook

İndi Bakcell abunəçilərinin Facebook aplikasiyasından PULSUZ istifadə etmək fürsəti var.

Sadəcə star515hash1hashcall yığın, kampaniyaya qoşulun və 6 ay boyunca PULSUZ Facebook-dan faydalanın!
Kampaniyaya qoşulmaq tamamilə pulsuzdur.

Facebook aplikasiyasından PULSUZ xidmətlərə daxildir:

  • Şərhlər yazmaq və oxumaq, dostların şərhlərini paylaşmaq və bəyənmək
  • Şəkilləri səhifəyə yükləmək, paylaşmaq
  • Facebook aplikasiyasının bütün standart funksiyalarından istifadə etmək
  • FB Messenger ilə söhbətləşmək, fayl, şəkil göndərmək*
  • FB aplikasiyası daxilində video izləmək və paylaşmaq*

Qeyd

  • *Facebook aplikasiyasının xaricində istənilən səhifəyə keçid üçün sərf edilən İnternet trafik mövcud paketinizdən çıxacaq yaxud tarif planınıza uyğun xidmət haqqı tətbiq ediləcək.
  • *FB Messenger ilə edilən səsli və video zənglərə sərf edilən İnternet trafik mövcud paketinizdən çıxacaq yaxud tarif planınıza uyğun xidmət haqqı tətbiq ediləcək.
  • CIN və Klass abunəçiləri kampaniyaya qoşulandan sonra növbəti 7 gün üçün pulsuz Facebook əldə edəcəklər. 7 günlük müddət bitəndən sonra, hər həftə pulsuz Facebook-dan istifadə etmək üçün həftəlik balans ən azı birdəfəlik 3 AZN artırılmalıdır. Pulsuz Facebook-dan ay ərzində istifadə etmək üçün hər ay balansa bir dəfəlik ən azı 8 AZN yüklənməlidir. Bu qayda DoğmaCIN abunəçilərinə şamil edilmir. DoğmaCIN tarifində hər həftə pulsuz Facebook-dan istifadə etmək üçün həftəlik balans ən azı birdəfəlik 2 AZN artırılmalıdır. Pulsuz Facebook-dan ay ərzində istifadə etmək üçün hər ay balansa bir dəfəlik ən azı 5 AZN yüklənməlidir.
  • Bu kampaniyaya Bakcell Business abunəçiləri qoşula bilməz.