Pulsuz dəqiqələrdən faydalanmaq vaxtıdır!
Yalnız bir gün, 30 sentyabr 2011-ci il tarixində bütün Bakcell abunəçiləri gün ərzində şəbəkədaxili etdikləri zənglərin danışıq ərəfəsində hər 1 dəqiqədən sonra 2 dəqiqə pulsuz danışacaqlar.
Üstəlik kampaniya çərçivəsində hər hesablanan 1 dəqiqənin qiyməti cəmi 3 qəpik təşkil edir.
Sadəcə olaraq yığdığınız Bakcell nömrəsinin əvvəlində *055 yığın.
Misal üçün: *055XXXXXXX YES (burada XXXXXXX əvəzinə 7 rəqəmli nömrə olmalıdır).
Qeyd:
- Şəbəkədaxili etdiyiniz zənglərin danışıq ərəfəsində birinci dəqiqədən sonra növbəti 2 dəqiqə pulsuz olacaq. Danışıq ərəfəsində pulsuz olan 2-ci və 3-cü dəqiqələr bitdikdən sonra növbəti 4-cü dəqiqə üçün xidmət haqqı tutulacaq. Danışığınız 4-cü dəqiqəni keçdikdə Sizin növbəti 2 dəqiqəniz yenə pulsuz olacaq. Və bu silsilə ilə sərfəli ünsiyyətdən danışığınızı bitirənə qədər faydalanacaqsınız.
- CIN abunəçiləri kampaniyadan istifadə etdikdə 25 dəqiqəlik şəbəkədaxili aylıq bonuslar toxunulmaz qalacaq.
- Bu kampaniyada bütün digər xidmətlərin qiyməti müvafiq tarifə əsasən hesablanır.
- Klass və Gold abunəçiləri üçün tarifikasiya müddəti 60 saniyə, CIN abunəçiləri üçün 10 saniyə təşkil edir.
- Bütün qiymətlərə 18% ƏDV daxildir.




