Kadrlar üzrə Strategiya

Missiyamızı həyata keçirmək üçün Bakcellin Kadrlar üzrə strategiyasının əsas məqsədi insanlar üçün iş yeri kimi birinci seçim olmaqdır.

Məqsədimiz

Məqsədimiz Azərbaycanda fiziki və hüquqi şəxslərin bir nömrəli seçimi olan Telekommunikasiya Şirkəti olmaqdır.

Missiyamız

Bakcell bazarın tələblərinə cavab verən və keyfiyyətin artırılması üzrə daim çalışan bir şirkət olacaq.

Dəyərlərimiz

  • Fayda - Biz hər zaman müştərilərimizə onların gözlədiklərindən daha çox fayda verəcəyik.
  • Qayğı - Biz müştərilərimizi dinləyərək onlara böyük diqqət ayıracağıq.
  • Millilik - Biz Azərbaycanda bir nömrəli seçim olmuşuq və olacağıq.
  • Tərəqqi - Biz hər zaman ən son texnologiyalarla irəliləyəcəyik.
  • Sadəlik  - İstifadədə rahat olacağıq.

Mədəniyyətimiz

Yaratmağa çalışdığımız mədəniyyət qarşılıqlı hörmətə əsaslanır. Bizim şirkətin məqsədlərinə nail olmaq üçün səylərini əsirgəməyən hər bir işçi hörmətə layiqdir.

Siyasətimiz

İstənilən şirkət kimi bizim də təməl prinsiplərimizi müəyyənləşdirən siyasətimiz və müxtəlif vəziyyətlərdə tətbiq olunan qaydalarımız var. Bütün bunlar bizim iş yolumuzda olan məhdudiyyətləri və maneələri daha aydın görməyə xidmət edir (Misal olaraq, bizim işçilərimiz, müştərilərimiz, tədarükçülərimiz və tərəfdaşlarımızla iş zamanı Sağlamlıq və Təhlükəsizlik qaydalarına əməl olunmasını necə təmin etdiyimizi göstərmək olar).

İş üslubumuz

Dinamik inkişaf edən şirkət olduğumuzu nəzərə alaraq, biz daim iş proseslərimizi (iş üslubumuzu) müəyyənləşdirməyə və təkmilləşdirməyə çalışırıq. Bu səbəbdən, şirkətdə işin gedişi, istifadə etdiyimiz sistem və alətlər, əməl etdiyimiz prosedurlar və işi bizdən asılı olan həmkarlarımıza təhvil verdiyimiz sənədlər barədə məlumatlı olmanız üçün prosedurlar və lazımi sənədlər mövcuddur.

İşimizin təkmilləşdirilməsi və rəqiblərimizdən daim üstün olmaq üçün biz, imkan daxilində, dünyada tətbiq olunan qabaqcıl təcrübələrdən faydalanmağa çalışırıq.