Unutmusuz?

Qeydiyyat

Yeniliklər

“055” Bakcell Satış Jurnalı

Bakcell öz abunəçilərinə hər 2 aydan bir Yüksək Texnologiyalar Jurnalı təqdim edəcək.Bu jurnalda, Bakcell şirkəti və xidmətləri barədə yeni məlumatlarla yanaşı mobil telekomunikasiyalar sahəsi və texnoloji yeniliklər barədə maraqlı məqalələr yerləşdiriləcək.Sorğu və viktorinalarda iştirak etməklə, Siz Bakcell və onun partnyorları tərəfindən hədiyyələr əldə edə bilərsiniz.

Pulsuz SMS

Bakcell Sizə öz yaxınlarınıza pulsuz SMS göndərmək fürsəti təqdim edir. Siz gün ərzində bizim sayt vasitəsilə 5 şəbəkəxarici və 10 şəbəkədaxili PULSUZ SMS göndərə bilərsiniz.
Bunun üçün Siz sadəcə olaraq bizim saytda qeydiyyatdan keçməklə şəxsi hesabınızı yaratmalısınız.

Yaqut

Bakcell məmnuniyyətlə öz müştərilərinə xüsusi bir təklif təqdim edir. “Bakcell Yaqut” eksklüziv klubunun üzvü olmaqla, Siz xüsusi dəyərlər, o cümlədən Bakcell-in Müştəri mərkəzlərində ən yüksək və üstün xidmət, danışığı hətta 0 balansda belə davam etdirmək imkanı, maraqlı səyahət və tətil və s. qazanmaq imkanı əldə edəcəksiniz .

E Top-up vasitəsilə ödəmə

Elektron üsulla Balansın Artırılması Bakcell tərəfindən təqdim edilmiş yeni ödəmə üsuludur. Bu qabaqcıl ödəmə üsulu Bakcell abunəçilərinə rahatlıq və çeviklik bəxş edəcək.