Vakansiyalar

Bakcell komandasına qoşulmaq istəyirsən?

Aşağıda özün haqqında məlumat əlavə et və Bakcell-də çalışmaq imkanı qazan.


Tədbirlər üzrə mütəxəssis

Korporativ tədbirlər, xüsusi səfərlər, seminarlar, müştərilər üçün təlimlərlə bağlı strategiyanı inkişaf etdirmək. Satıcılar, təşkilatlar və digər cəlb olunmuş tərəflərlə təsdiqlənmiş planların həyata keçirilməsini koordinasiya etmək. Büdcə smetasını təxmini hazırlamaq və maddələr üzrə həyata keçirmək. Strateji planları hazırlamaq və müxtəlif miqyaslı tədbirləri təşkil etmək. Tələblər: Ali təhsil. Marketinq sahəsində ən az 3 il iş təcrübəsi. Azərbaycan, İngilis və Rus dillərini əla səviyyədə bilmək. MS Ofis proqramlarını əla səviyyədə bilmək.

Müraciət et

Korporativ Kommunikasiya Şöbəsinin müdiri

Korporativ Kommunikasiya Şöbəsinin müdiri Bakselin Baş Direktoruna tabedir, Daxili və Xarici Kommunikasiya və şirkətin xeyriyyəçilik məsələləri də daxil omaqla Korporativ Sosial Məsuliyyət proqramına cavabdehlik daşıyır. Xarici Kommunikasiyaya media, İctimai Əlaqələr, mətbuat tədbirlərinin təşkili, müsahibələr və s. daxildir. Konfranslarda şirkəti təmsil etmək və tələb olunduğu zaman şirkətin adından çıxışlar etmək. Daxili kommunikasiyaya rüblük qəzetlər, intranet, idman və həmkarlarla biznes tədbirlərinin təşkili və s. daxildir. Təsdiq olunmuş illik tədbirlər planına əsasən həmçinin Şöbə müdiri “Bakselin Ulduzları” adlanan, ehtiyacı olan uşaqlarla bağlı Korporativ Sosial Məsuliyyət proqramının inkişafı məsələsinə də məsuldur. Tələblər: Ali təhsil (marketinq, biznes administrasiyası, kommunikasiya), yazma qabiliyyəti, analitik düşünmə qabiliyyəti, vaxt təzyiqi altında işləmək qabiliyyəti, detallara diqqət yetirmək. Ən az 5 il rəhbərlik səviyyəsində işləməklə 10-15 il iş təcrübəsi,. Azərbaycan, Rus və İngilis dillərini bilmək.

Müraciət et

Veb Dizayner

Şirkətin Veb səhifəsinin inkişafı və yenilənməsində məsuliyyət daşımaq. Veb səhifənin planlaşdırılmasında iştirak etmək. Veb səhifənin planlaşdırılması və təşkili ilə bağlı ideyaları müzakirə etmək. Tələblər: Ali təhsil. Analoji vəzifədə ən azı 2 il iş təcrübəsi. Azərbaycan, İngilis və Rus dillərini əla səviyyədə bilmək. HTML və onun əlavələrini bilmək, FTP, JavaScript, Dreamweaver, Photoshop, Adobe Illustrator və Paint Shop Pro, Flash, XML əsaslanan proqramlaşdırma, XHTML proqramlaşdırma, şəbəkə və texnologiyaların inkişafı üçün digər proqramları, Windows və Linux sistemlərini bilmək.

Müraciət et

Təchizat üzrə baş mütəxəssis

Mal, avadanlıq və xidmətlər üzrə təchizatçının seçilməsində məsuliyyət daşımaq. Kommersiya və hüquqi şərtlər əsasında təchizatçılarla danışıqlar aparmaq. Resusrların idarə edilməsi sistemində alqı sifarişlərini və müqavilələri hazırlamaq. Tələblər: Ali təhsil. Təchizat sahəsində ən azı 3 il iş təcrübəsi. Azərbaycan, Rus və İngilis dillərini əla səviyyədə bilmək. MS Ofis proqramlarını əla səviyyədə bilmək.

Müraciət et

Korporativ satış təmsilçisi

Marketinq planlarının həyata keçirilməsində yardımçı olmaq. Müştərilərin tapılması və əlaqələrin inkişaf etdirilməsinə cavabdeh olmaq. Sənədləri hazırlamaq, müştərilər üçün xidmət müqavilələrini hazırlamaq və yeniləmək. Tələblər: Ali təhsil. Satış sahəsində ən azı 2 il iş təcrübəsinə malik olmaq. MS Ofis proqramlarını əla səviyyədə bilmək. Azərbaycan, Rus və İngilis dillərini əla səviyyədə bilmək. Sürücülük vəsiqəsinə malik olmaq.

Müraciət et

Əsas vəsaitlər üzrə mühasib

Əsas vəsaitlərin tam uçotu və onların hərəkəti barədə vaxtında mühasibat uçotunda əməliyyatın əks olunması. Amortizasiyanın hesablanması, ilkin sənədlərin yoxlanılması və işlənməsi, mühasibat və vergi hesabatlarının hazırlanması üçün mühasibat uçotu haqqında məlumatların bölmələr üzrə hazırlanması. Tələblər: Maliyyə sahəsində ali təhsil. Mühasibatlıq sahəsində ən az 3 il iş təcrübəsi. Word, Excel və Outlook proqramlarını əla səviyyədə bilmək. Azərbaycan, Rus və İngilis dillərini əla səviyyədə bilmək.

Müraciət et

Məlumat bazasının modelləşdirilməsi üzrə mütəxəssis

Məlumatın modelləşdirilməsi haqqında əsas anlayışa malik olmaq. Mövcud məlumat modellərini başa düşmək və layihələrə çevik yanaşmaq. Məlumat cədvəllərindən istifadə edərək daxili məlumat bazasının sxemini inkişaf etdirmək. Tələblər: Texniki sahədə ali təhsil, Oracle inzibatçılığı sahəsində ən azı 3 il iş təcrübəsi. MS Ofis, Oracle və SQL Plus proqramlarını əla səviyyədə bilmək. Azərbaycan, Rus və İngilis dillərini əla səviyyədə bilmək.

Müraciət et

MRP üzrə biznes analitik

Xidmətlərin inkişafı üçün planın hazırlanması. İndividual layihələrin inkişaf etdirilməsi və konfiqurasiyası. Biznes proseslərin optimallaşdırılması və analizi. Məlumatların mütəmadi yenilənməsi. Tələblər: Texniki sahədə ali təhsil. İnformasiya Texnologiyaları sahəsində ən az 2 il iş təcrübəsi. Ofis proqramlarını əla səviyyədə bilmək. Azərbaycan, Rus və İngilis dillərini əla səviyyədə bilmək.

Müraciət et

OSS/BSS məlumat bazası üzrə inzibatçı

Oracle məlumat bazasının qurulması. Məlumat bazasında və proqramlarda yaranan nasazlıqların aradan qaldırılması və optimallaşdırılması. İstehsal da daxil olmaqla Oracle proqramının təminatı və yenilənməsi. Rezervləmə, artırılma və bərpa proseslərinin həyata keçirilməsi. Tələblər: Texniki sahədə ali təhsil, Oracle inzibatçılığı sahəsində ən azı 3 il iş təcrübəsi. Ofis, Oracle və SQL Plus proqramlarını əla səviyyədə bilmək. Azərbaycan, Rus və İngilis dillərini əla səviyyədə bilmək.

Müraciət et

Elektrik/Mexaniki işlər üzrə yarımbölmə rəhbəri

Əməliyyat və idarəetmə məsələləri ilə əlaqədar Texniki Xidmət və digər şöbələrlə koordinasiya etmək. Əməliyyat və idarəetmə prosedurlarını inkişaf etdirmək və onların həyata keçirilməsinə zəmanət vermək. Rəhbərlik etdiyi işçilərin verilən tapşırıqları yerinə yetirməsinə nəzarət etmək. Tələblər: Texniki sahədə ali təhsil. Müvafiq sahədə 3 il iş təcrübəsi. Azərbaycan, Rus və İngilis dillərini əla səviyyədə bilmək. Word, Excel, Outlook və AutoCAD proqramlarını əla səviyyədə bilmək.

Müraciət et


Geniş axtarış

Store_az_281x108 Services_az_281x108