Rəhbərlik

Rəhbərlik

Ineke Botter

Baş Direktor

İneke Botter maliyyə və telekommunikasiya sahəsində geniş beynəlxalq təcrübəyə malikdir. Korporativ və beynəlxalq hüquq üzrə universitet təhsili olan İ. Botter maliyyə sahəsində fəaliyyətinə 1980-cı illərdə Amsterdam və Londonda başlamışdır.

1991-ci ildə İneke Botter ilk mobil telekommunikasiya şəbəkəsi olan KPN Ukrainian Mobile Communications şirkəti üçün lisenziya almaq məqsədilə Ukraynanın Kiyev şəhərinə gəlmişdir. 1992-ci ildə o, Macarıstanın Budapeşt şəhərinə gələrək, Pannon GSM-də Hüquq və Təchizat üzrə direktor vəzifəsində çalışmağa başlamışdır. Macarıstanda iki il işlədikdən sonra o, İsveçrədə KPN-in birgə müəssisəsi olan UniSource Mobile şirkətində işə başlayaraq, müxtəlif ölkələrdə Biznesin İnkişafı sahəsində fəaliyyətlə məşğul olmağa başlamışdır.

1995-ci ildə xanım Botter Mobil Kommunikasiyalar şöbəsinin rəhbəri kimi Czech Telecom şirkətinə işə qəbul olunmuşdur və 1998-ci ilin əvvəlinədək Praqada işləmişdir. Daha sonra o zaman Honq Konqun Hutchison Whampoa şirkətinə məxsus Orange şirkətində fəaliyyətə başlamışdır. O, 1999-cu ilin sonunadək Orange Switzerland şirkətində Şəbəkənin genişləndirilməsi üzrə Baş menecer kimi çalışmışdır.

2000-ci ildə xanım Botter Amsterdamda Versatel Telecom NV şirkətində Naqilsiz Rabitə üzrə icraçı direktor vəzifəsində çalışmaq üçün Niderlanda geri dönmüş və eyni zamanda Orange şirkətinin müxtəlif kompaniyalarında İdarə heyətinin üzvü vəzifəsində çalışmışdır. 2001-ci ildə o, İsveçin Stokholm şəhərinə gələrək 3 il Hutchison şirkətinin digər yeni layihəsində Texniki və Əməliyyat üzrə Direktor vəzifəsini tutmuşdur.

O, Kosovonun Pristina şəhərində BMT-nin Kosovo Poçt və Telekommunikasiya (Post and Telecommunications Kosovo - PTK) şöbəsinin müdiri kimi çalışmış və sonra Livana gedərək, 2004-cü ilin ortalarından Livan dövləti ilə idarəçilik haqqında müqavilənin müddəti bitənədək, yəni 2008-ci ilədək FDT tərəfindən idarə olunan Alfa şirkətində İcraçı Direktor vəzifəsində çalışmışdır.

Bu yaxınlarda o, Bakcell Ltd-də Baş Direktor vəzifəsində çalışmaq üçün Azərbaycana gəlmişdir.

Rene-Heinrich Bienz

Maliyyə Direktoru

Cənab Rene-H. Bienz maliyyə və telekommunikasiya sahəsində geniş beynəlxalq təcrübəyə malikdir. O, bank işi və maliyyə ixtisası üzrə magistr dərəcəsinə (MBA) sahibdir, İsveçrədə UBS Bankda mühasibat uçotu analizi layihələrində araşdırma aparıb və Fribur Universitetində dərs deyib. 2001-ci ildə o Harvard Biznes Məktəbinin Rəhbər vəzifələrdə çalışanlar üçün nəzərdə tutulmuş kursu bitirib.

Cənab Rene – H. Beinz 90-cı illərdə ali təhsilini başa vuraraq, Çex Telekom-la işləmək üçün Çexiya Respublikasına köçüb. Bu şirkət, 1995-ci ildən Hollandiyanın KPN və Swisscom təşkilatının müştərək müəssisəsi olan TelSource tərəfindən idarə edilir. Hal-hazırda Çex Telekom Telefonika şirkətinə məxsusdur və O2 brend adı altında fəaliyyət göstərir.

Rene-H. Bienz ilk olaraq Çex Telekomda Maliyyə Nəzarətçisi kimi işə başlamışdır və əməliyyat xərclərinin daha mükəmməl başa düşülməsi üçün daxili Kapitalın Qiymətləndirilməsi Qrupunun yaradılması, həm sabit, həm də səyyar\mobil rabitənin qurulmasına cavabdeh şəxs olmuşdur. Bu təşəbbüsün nəticəsi olaraq Rene Bienz Alqılar və Birləşmələr Qrupuna rəhbərlik etməyə dəvət edilmişdir və o, 2000-ci ilə qədər bu vəzifədə çalışmışdır. Daha sonra Çex Telekomun internet bölməsi olan İmaginet-də Baş Maliyyə Direktoru vəzifəsinə təyin edilmişdir. 2004-cü ildə, İsveçrəyə geri dönməzdən əvvəl, cənab Bienzin Çex Telekomda tutduğu son vəzifə Qrup səviyyəsində Yüksək\Baş Maliyyə Direktoru olmuşdur.

İsveçrəyə qayıtdıqdan sonra cənab Rene Bienz aparıcı kabel televiziyası operatoru olan və İsveçrə istehlak bazarına Triple play (IP-telefoniya, IP-TV, sürətli internet) xidmətləri təklif edən CableCom-da Strateji Planlama Qrupunun rəhbəri vəzifəsində çalışmışdır.

2005-ci ildə O, Azərbaycanda ikinci ən iri mobil operatoruna Baş Maliyyə Direktoru vəzifəsinə dəvət edilmişdir və onun çalışdığı müddət ərzində şirkət öz abunəçi sayını sadəcə 400 000-dən 1,5 milyona qədər artırmışdır və hazırda ölkədə ən iri investorlardan biridir.

Krasimir Genov

Kommersiya Direktoru

Krasimir Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu bitirib. O, Bolqarıstan, Makedoniya, Serbiya, Bosniya və Herseqovina kimi Balkan ölkələrində, həmçinin Rumıniya və Moldovada gündəlik tələbat malları bazarlarında satış üzrə 10 illik təcrübəyə malikdir. O, karyerasına satış üzrə mütəxəssis kimi başlayıb və Procter & Gamble və Kraft kimi şirkətlərdə icraçı vəzifələrə qədər yüksəlib. Krasimir Bolqarıstanın Vivatel mobil operator şirkətində Satış və Distribüsiya departamentinin əsasını qoyaraq, 3 il ərzində şirkətin bu istiqamətdə inkişafına töhvə verib. Son 2 il ərzində Bolqarıstanın özəlləşdirilmiş telekommunikasiya operatoru olan BTC, həmçinin paytaxt Sofiyanın aparıcı internet provayderilərindən birinin biznes-marketinqinin yenidən qurulması prosesinə rəhbərlik edib.

2009-cu ilin avqustun əvvəlindən Krasimir Bakcell-in Kommersiya Direktoru vəzifəsində çalışmağa başlayıb.

 

Kristian Vasilkan

Texniki direktor

Kristian Bakcell-də Texniki direktor vəzifəsinə 2008 ci ilin iyun ayında təyin olunub. 15 ildən çox telekommunikasiya sahəsində texniki, kommersiya və direktor təcrübəsi var.

Tekniki qabiliyyətlərindən başqa şəbəkə planlaşdırılması, genişləndirilməsi, texniki audit və risklərin idarəolunması kimi bilikləri var.

Bakcell-ə qoşulmazdan əvvəl Türkiyənin AVEA mobil operator şirkətində 3G Şəbəkə Planlaşdırılması və Genişləndirilməsi üzrə Aparıcı Məsləhətçi işləmişdir.

Həmçinin Buxarestdə Elektronika və Telekommunikasiya Universitetində elektronika sahəsində təhsil almışdır.

 

Geniş axtarış

Store_az_281x108 Services_az_281x108