Unutmusuz?

Qeydiyyat

TQDK ödəniş kartları

Bakcell şirkəti TQDK - Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birlikdə bütün abunəçilərinə yeni xidmət təqdim edir.

Artıq Bakcell abunəçiləri TQDK-nın sınaq və əsas imtahanlarında iştirak etmək üçün “Sınaq imtahanı” ödəniş kartının şifrəsini bir SMS-lə əldə edəcəklər.

Sınaq, yaxud əsas imtahanda iştirak etmək üçün TQDK İnternet səhifəsində qeydiyyat zamanı lazım olan şifrəni SMS vasitəsi ilə əldə etməyin qaydası:

1) əsas imtahanda qeydiyyat üçün 7725 qısa nömrəsinə SMS göndərin (2.36 AZN ƏDV daxil);

2) sınaq imtahanında qeydiyyat üçün 7735 qısa nömrəsinə SMS göndərin (3.54 AZN ƏDV daxil).

Cavab mesajında Siz qeydiyyat üçün lazımi şifrəni əldə edəcəksiniz.

Bütün texniki dəstək Fun Mobile şirkəti tərəfindən həyata keçirilir.