- Bakcell Mercedes-Benz C-200 avtomobilini qalibə təqdim etdi
- Bakcell abunəçiləri “Uşaqların Xilası”-na artıq 55,000 manat yardım ediblər
- Bakcell azərbaycanlı tələbələri sertifikatla mükafatlandırıb
- Bakcell Zaqatala və Lənkəranda yeni BakcellIM mərkəzləri açdı
- Paytaxtın Botanika Bağı yerləşən ərazisində Bakcell şəbəkəsi kənar müdaxilə ilə üzləşib
Xəbərlər
Bakcell əhatə dairəsini genişləndirib
15/04/2009
Azərbaycanın ən iri mobil operatorlarından biri olan Bakcell şirkəti abunəçilərinin artan tələbatına cavab olaraq ölkə üzrə əhatə dairəsini genişləndirib. Mart ayında 55 yeni baza stansiyası quraşdırılıb. Onlardan 28-i Bakı və Abşeronda, 27-si isə ölkənin müxtəlif bölgələrində yerləşir. Yeni baza stansiyaları Bərdə, Qəbələ, Qax, Göyçay, Hacıqabul, İsmayıllı, Göygöl, Oğuz, Ordubad, Şahbuz, Şəki, Şamaxı, Şəmkir, Şərur və Tərtər rayonlarında quraşdırılıb.
Qeyd edək ki, fevral ayında Bakcell Nokia Siemens Networks şirkəti ilə müqavilə imzalayıb. Həmin müqavilə çərçivəsində Nokia Siemens Networks xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə GSM şəbəkəsinin genişləndirilməsi və modernləşdirilməsini həyata keçirəcək.




