- Paytaxtın Botanika Bağı yerləşən ərazisində Bakcell şəbəkəsi kənar müdaxilə ilə üzləşib
- Bakcell Zaqatala və Lənkəranda yeni BakcellIM mərkəzləri açdı
- Bakcellin baş ofisində kiçik insident baş verib
- Bakcell futbol üzrə dünya çempionatı həyəcanına qoşulur
- Bakcell Mercedes-Benz C-200 avtomobilini qalibə təqdim etdi
Xəbərlər
Bakcell-dən Yeni İl hədiyyələri
15/12/2009
Dekabrda Bakcell öz müştərilərinə eyni vaxtda bir neçə yeni il hədiyyəsi təqdim edəcək.
Cin abunəçiləri eyni vaxtda iki sürprizlə qarşılaşacaqlar. İlk növbədə, “Həftə sonu pulsuz danış” aksiyası çərçivəsində şənbə və bazar günlərində inanılmaz dərəcədə sərfəli şəbəkədaxili zənglər. Sadəcə iş günlərində daha çox danışmaqla həftə sonunda bütün şəbəkədaxili zənglərə 100%-ə qədər endirim əldə edirsiniz.
Bundan əlavə, indi Cin abunəçiləri nəinki bağlı nömrələrini bərpa edə biləcəklər, həmçinin buna görə 950 kontur bonus əldə edəcəklər.
Klass abunəçilərini də Yeni İl hədiyyələri gözləyir – ay ərzində 45 AZN məbləğindən artıq xərcləmiş bütün abunəçilərin yanvar ayı üçün abunə haqqı geri qaytarılacaq.
Bakcell. Daha yaxın olaq




