- Bakcell-dən yeni “Mən qayıtdım” və təkmilləşdirilmiş “Sənə zəng etmişdim” xidməti
- Bakcell yeni təkmilləşdirilmiş “Mənə zəng et” xidmətini təqdim edir
- Bakcell Bakıda yeni Müştəri Xidmətləri mərkəzi açdı
- Bakcell bayram günlərində müştərilərini keyfiyyətli xidmətlə təmin edib.
- Bakcell yeni SMS2EMAIL xidmətini təqdim edir
Xəbərlər
Bakcell yeni GPRS-rouminq müqavilələr bağlayıb
23/12/2009
Bakcell müştərilərə Daha yaxın olmaq fəlsəfəsinə sadiq qalaraq və onlara rəqiblərdən daha çox dəyər verərək, 16-dan çox Avropa ölkəsinin 20-dən çox mobil operatoru ilə GPRS-rouminq müqaviləsi bağlayıb. Bura Rusiya, Türkiyə, Böyük Britaniya, Ukrayna və Gürcüstan kimi tanınmış ölkələr daxildir.
Bu razılaşmaların nəticəsi olaraq, indi Bakcell müştəriləri Azərbycandan kənarda olarkən internetdən lazım olan məlumatların əldə edilməsi, e-mail-in yoxlanması, mühüm sənədlərin göndərilməsi və qəbul edilməsi kimi yüksəksürətli internet xidmətlərindən istifadə etmək imkanı əldə edəcəklər.
Müştərilərin daha çox səfər etdikləri tanınmış ölkələrdə əhatə dairəsini genişləndirmək üçün Bakcell gələcəkdə də GPRS-rouminq razılaşmaları imzalayacaq. Bakcell öz müştərilərinə yeni GPRS-rouminq müqavilələri barədə mütəmadi olaraq məlumat verəcək.
Mobil internet rouminqdən başqa, Bakcell müştəriləri Avropa, Asiya, Şimali və Cənubi Amerika, Avstraliya və Afrikada Səsli və SMS-rouminq xidmətlərindən də istifadə edə bilərlər. Dünyanın 153 ölkəsinin 256 operatoru ilə Bakcell-in Səsli və SMS-rouminq razılaşması var.
Bu il Bakcell şəbəkəsini və əhatə dairəsini əhəmiyyətli dərəcədə genişləndirib. Bakcell Azərbaycanın bir neçə bölgəsində, o cümlədən Gəncə, Şəki, Şirvan, Cəlilabad və Naxçıvanda yeni Müştəri xidmətləri mərkəzləri və “Bakcell-İM” satış nöqtələrinə malikdir. Ötən iki ay ərzində 200 minə yaxın yeni müştəri Bakcell-ə qoşulub və bununla da şirkətin aktiv abunəçilərinin sayı 2 mln-a çatıb.




