- Bakcell Zaqatala və Lənkəranda yeni BakcellIM mərkəzləri açdı
- Bakcell azərbaycanlı tələbələri sertifikatla mükafatlandırıb
- Paytaxtın Botanika Bağı yerləşən ərazisində Bakcell şəbəkəsi kənar müdaxilə ilə üzləşib
- Bakcell Mercedes-Benz C-200 avtomobilini qalibə təqdim etdi
- Bakcell Klass nömrələri üçün yeni qiymət planı təklif edir
Xəbərlər
Bakcell Bakıda yeni Müştəri Xidmətləri mərkəzi açdı
24/02/2010
Bakcell müştərilərinə Yaxın olmaq fəlsəfəsinə sadiq qalaraq, Bakı şəhəri, Hüseyn Cavid prospekti, məhəllə 520/19-da yeni Müştəri Xidmətləri mərkəzi açıb.
Bu, Bakcell-in son dövr ərzində Bakıda açdığı 3-cü Müştəri Xidmətləri mərkəzidir. Bundan başqa Bakcell-in Nizami küçəsi, Əhmədli, 20 Yanvar və Neftçilər metrostansiyaları yaxınlığında Müştəri Xidmətləri mərkəzləri fəaliyyət göstərir. 2009-cu ildə Bakcell ölkənin 2-ci sənaye şəhəri sayılan Sumqayıtda yeni Müştəri Xidmətləri mərkəzini istifadəyə verib. Ötən aylar ərzində isə Bakcell ölkənin regionlarında, o cümlədən Sabirabad, Şirvan, Cəlilabad, Şəki və Mingəçevirdə yeni Müştəri Xidmətləri mərkəzi açdı.
Son 12 ay ərzində Bakcell şəbəkəsini genişləndirib və Azərbaycanın regionlarında əhatə dairəsini 2 dəfə artırıb. Bakcell-in aktiv abunəçilərinin sayı 2 mln-a çatıb.
Bakcell həmçinin öz müştərilərinə EDGE - yüksəksürətli internet də təklif edir.




