Peşəkar İnkişaf

İşə qəbul

İnsanların cinsinə, irqinə, ailə vəziyyətinə, milliyyətinə, ictimai-sosial mənşəyinə, milli və ya etnik mənsubiyyətinə, dininə, yaşına, cinsinə və ya təklif olunan işə aidiyyatı olmayan cinayət məhkumluğuna baxmayaraq, Bakcell işə qəbul zamanı Bərabərlik və Müxtəliflik prinsipini rəhbər tutur. Əsasları göstərilmədən işçiləri yuxarıda qeyd olunan meyarlar üzrə pis vəziyyətə sala biləcək heç bir tələb və ya şərt tətbiq olunmayacaq.

İşçilərin təsnifatlandırılması 

Şirkətdə işçilər 8 dərəcəyə (kateqoriyaya) görə təsnifatlandırılırlar.

Karyera yüksəlişi və işdə irəliyə getmək

Karyera irəliləyişi üçün imkanlar hər bir Bakcell işçisi üçün vacibdir. Şirkət böyüdükcə, irəliləyiş üçün yeni imkanlar yaranır. Siyasətimiz şirkət daxilində müvafiq vəzifələrə uyğun bacarıqları olan işçilərin irəli çəkilməsindən ibarətdir. Karyera yüksəlişi və ya digər vəzifəyə keçmək üçün uyğun namizədin şirkətdə ən azı 1 il iş təcrübəsi olması lazımdır.

Təlim

Bakcell Şirkəti işçilərinə müxtəlif təlim və inkişaf imkanları yaradır.

İşlə əlaqədar kursların məqsədi bilik və bacarıq səviyyəsini inkişaf etdirməkdən ibarətdir. Əldə olunan bilik və bacarıqlar cari vəzifəyə uyğun öhdəliklərin və vəzifələrin daha da professional şəkildə yerinə yetirilməsinə xidmət edir.

Mükafatlandırma

Bakcell əməyi, yeni ideyaları və mühüm layihələrdə iştirakı ilə seçilən işçiləri müvafiq şəkildə mükafatlandırmağı nəzərdə tutur.

Rübün ulduzları 

Hər rübdə 6 nəfər üçün "Rübün ulduzu" mükafatı təqdim olunur. Şirkətin daxili şəbəkəsində (İntranet) "Rübün ulduzu" adlı bölmə var və "ulduz" seçilmiş işçilərin şəkilləri və adları orada yerləşdirilir.