Digər Layihələr
Milli Kitab Mükafatı
Bakcell şirkəti ilin ən əhəmiyyətli mədəniyyət hadisəsi sayılan Milli Kitab Mükafatına (MKM) dəstək göstərməkdən qürur duyur. Iyun ayının 4-də layihənin
qaliblərinin adları acıqlanıb. Pərviz Cəbrayılov 1-ci, Məqsəd Nur 2-ci, Nəriman Əbdürrəhmanlı və Natiq Rəsulzadə isə 3-cü yerin qalibləri olublar. Birinci yerin sahibinə 3000 AZN, 2-ci yerin sahibinə 2000 AZN, 3-cü yerin sahiblərinin hər birinə 1000 AZN məbləğində pul mükafatı verilib. Qaliblərlə görüş zamanı Bakcell-in Baş icraçı direktoru cənab Riçard Şirer bildirib: “Bakcell Azərbaycan şirkəti olaraq Azərbaycanın mədəniyyət və incəsənətinin inkişafına dəstək göstərməyi Korporativ Sosial Məsuliyyət proqramının vacib missiyası hesab edir. Milli Kitab Mükafatı bu sahədə ən vacib təşəbbüslərdən biridir və biz bu layihəni dəstəkləməkdən olduqca məmnunuq. Bakcell Azərbaycan ədəbiyyatının inkişafına dəstək göstərməkdə davam edəcək və biz əmin olmaq istəyirik ki, Azərbaycan yazıçılarının əsərlərini xaricdə yaşayan Azərbaycan dilli oxucular da daxil olmaqla hamı əldə edə bilsin. Bu gün internet vasitəsilə təhsilin geniş vüsət aldığı bir dövrdə elektron kitablara tələbat artmaqda davam edir. İndi Azərbaycan dilində çox az sayda kitabları elektron formatda əldə etmək olar. Bunu nəzərə alaraq, Azərbaycan ədəbiyyatının rəqəmsal infrastrukturunun təbliğatına dəstək göstərmək bizim növbəti KSM hədəflərimizdən biri olacaq. Böyük məmnuniyyətlə nəzərinizə çatdırmaq istəyirəm ki, “Əli və Nino” Nəşriyyat Evi və Bakcell şirkəti Azərbaycanda ilk dəfə olaraq Milli Elektron Kitab Mükafatını təsis edəcək.”
“Mənim arzu SMS-im”
2010-cu il Yeni il ərəfəsində Bakcell kimsəsiz uşaqlara Yeni il sevinci bəxş etmək məqsədi ilə “Birliyə Doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyi ilə birgə “Mənim arzu SMS-im” kampaniyasını həyata keçirdi. Kampaniyanın əsas məqsədi kimsəsiz uşaqların Yeni il arzularını yerinə yetirmək idi. Kampaniya zamanı Bakı və Quba şəhərlərində yerləşən dörd uşaq evində quraşdırılan Bakcell telefonları vasitəsilə uşaqlar Şaxta babaya öz arzu SMS-lərini göndərdilər. SMS-lər toplandıqdan sonra Şaxta baba uşaq evlərini ziyarət edərək, uşaqlara arzu etdikləri bayram hədiyyələrini təqdim etdi. Bəzən uşaqların hədiyyədən çox, xoş sözlərə ehtiyacı olur. Bu sözləri ünvanına çatdırmaq üçün Bakcell-in Xidmət Mərkəzlərində mobil Şaxta babalar Bakcell-in ulduz formasında flayerlərini müştərilərə payladılar. Valideyn himayəsindən məhrum olan uşaqlara öz arzularını çatdırmaq istəyənlər bu ulduzların üzərində arzularını yazaraq Xidmər Mərkəzlərindəki qutulara atdılar. Şaxta baba bu məktubları yığıb uşaq evlərindəki uşaqlara çatdırdı. Ən maraqlı bayram təbrikinin müəllifi Bakcell şirkəti tərəfindən hədiyyə aldı.
“İlin Ən Fəal Deputatı” Mükafatı
2011-ci il mart ayının 10-da Parlament Jurnalistlər Birliyi tərəfindən “İlin Ən Fəal Deputatı” Mükafatlandırma Mərasimi təşkil edildi. Parlament Jurnalistlər Birliyi Milli Məclisə akkreditə olunmuş jurnalistlər arasında sorğu keçirərək nəticədə 10 ən aktiv deputatı şeçdilər. Qəzetlərin, informasiya agentliklərinin, və yerli televiziya kanallarının da daxil olduğu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri bu mükafatlandırma mərasimində iştirak etdilər. Deputatlar Bakcell tərəfindən diplomlarla mükafatlandırıldılar.
Suraxanı İnternat Məktəbində Uşaqların Beynəlxalq Müdafisəsi gününə həsr olunmuş tədbir
İyunun 1-də keçirilən Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş bayram tədbiri ANS Press Nəşriyyat Evinin, və “Bala Dili” və “Elli” uşaq jurnallarının
təşəbbüsü ilə təşkil edilib. Bu təşəbbüsə Bakcell şirkəti “Bakcell Stars” Korporativ Sosial Məsuliyyət proqramında iştirak edən uşaqlarla birgə qoşulub. Bakı SOS Uşaq Kəndindən “Bakcell Stars” uşaq xoru və Bakı SOS Qızlar üçün Gənclər Evinin rəqs qrupu Suraxanı İnternat Məktəbin uşaqları qarşısında maraqlı musiqi nömrələri ilə çıxış ediblər.Suraxanı İnternat Məktəbin direktoru Qabilə Bağırova uşaqların adından Bakcell şirkətinə və ANS Nəşriyyat Evinə bu cür əyləncəli tədbirin təşkil edilməsinə görə dərin minnətdarlığını bildirib. SOS uşaq xoru və rəqs qrupunun gözəl çıxışlarından heyrətləndiyini qeyd edın Qabilə xanım deyib: “Bu cür tədbirlər bizim uşaqlar üçün maraqlı təcrübədir. Uşaqlar bir-birləri ilə ünsiyyətdə olur, deyir-gülür, əylənir, özlərinə yeni dostlar tapır və ən əsası özlərini cəmiyyətin üzvləri kimi hiss edirlər”
“İmkanlara Məhdudiyyət Yoxdur” - UNICEF and Heydər Əliyev Fondunun birgə
kampaniyası
Heydər Əliyev Fondu və UNICEF əlilliyi olan uşaqlara qarşı ayrıseçkiliyə yol verməmək məqsədi daşıyan “İmkanlara Məhdudiyyət Yoxdur” adlı kampaniyaya start verib. Bu kampaniya altı ay müddətində ümummilli səviyyədə xüsusi tədbirlər, televiziya vasitəsilə ictimai elanlar, bilbordlar və digər kommunikasiya materialları vasitəsilə əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiya olunmasını təbliğ edəcək. Bakcell özünün KSM strategiyasına və ehtiyacı olan uşaqlara dəstək göstərmək amalına sadiq qalaraq 2011-ci il 8-9 iyul tarixlərində öz abunəçilərinə SMS göndərməklə ictimaiyyəti bu kampaniya barəsində məlumatlandırmağa start verdi.
AMCHAM İllik Piknik
Amerikanın Azərbaycandakı Ticarət Palatası iyul ayının 2-də Şəfa stadionunda Amerikanın Müstəqillik Gününə həsr olunmuş illik piknik təşkil elədi. ERNST&YOUNG, CHEVRON, BMI, IBA, UNIBANK, COCA COLA, EFES, MCDERMOTT, PWC, AMEC, BAKER&MCKENZIE, HYATT, LANDMARK, EXCELSIOR HOTEL, GDF SUEZ AND INTERNATIONAL SOS kimi sponsorlarla yanaşı Bakcell də bu tədbiri dəstəklədi.





