Unutmusuz?

Qeydiyyat

Qeydiyyat. Addım 1


Xidmətin göstərilməsinə dair razılıq

1.1. “Abunəçi” razılaşır ki,  “Şirkət”in İnternet saytı vasitəsilə pulsuz SMS göndərə bilər.

1.2. “Abunəçi” “Şirkət”in İnternet saytı vasitəsilə pulsuz SMS-lərin göndərilməsi üçün saytın müvafiq səhifəsinə daxil etdiyi şəxsi identifikasiya məlumatların  tam və həqiqi olmasına görə məsuliyyət daşıyır.

1.3. “Abunəçi” “Şirkət”in İnternet saytı vasitəsilə pulsuz SMS-lərin göndərilməsi üçün özünün şəxsi identifikasiya məlumatlarının üçüncü şəxslərə verilməsinə və bundan irəli gələn nəticələrə görə tam məsuliyyət daşıyır.

1.4. “Abunəçi” razılaşır ki, istifadə etdiyi nömrədə borc yaranarsa, “Şirkət” öz İnternet saytı vasitəsilə pulsuz SMS-lərin göndərilməsi xidmətini dayandıra bilər.

1.5. “Abunəçi” razılaşır ki, “Şirkət” öz İnternet saytı vasitəsilə pulsuz SMS-lərin göndərilməsi xidmətinin qaydasını və formasını dəyişə  bilər.

1.6. “Abunəçi” razılaşır ki, “Şirkət” öz İnternet saytı vasitəsilə pulsuz SMS-lərin göndərilməsi xidmətinə istənilən vaxt birtərəfli qaydada xitam verə  bilər.

1.7. “Abunəçi” razılaşır ki, “Şirkət” öz İnternet saytı vasitəsilə göndərdiyi SMS-lərin mətninə görə hər hansı məsuliyyət daşımır.

1.8. “Abunəçi” razılaşır ki, “Şirkət” öz İnternet saytı vasitəsilə göndərdiyi SMS-lərin vaxtı-vaxtında və qüsursuz çatdırılmasına zəmanət vermir.

1.9. “Abunəçi” razılaşır ki,  onun müvafiq xidmətdən qanunazidd məqsədlər üçün yararlanması aşkar  olunarsa, “Abunəçi”nin “Şirkət”in İnternet saytı vasitəsilə pulsuz SMS-lərin göndərilməsinə çıxışı “Şirkət” tərəfindən birtərəfli qaydada bağlanıla bilər.