Xidmətlər
Bakcell-dən gecə tarifi
Fəsillər dəyişir, “Yay gecələri” qiymətləri qalır
Fəsillər hər zaman dəyişir, ancaq «Bakcell-dən Yay gecələri» nin sevinci və şənliyi Sizinlə qalır!
Bakcell şəbəkədaxili bütün zənglər gecə saat 12-dən səhər saat 8-dək 8 dəfəyədək sərfəlidir.
“Bakcelldən gecə tarifi” aksiyasına necə qoşulmaq olar
“Bakcell-dən gecə tarifi” aksiyasına qoşulmaq və şəbəkə daxilində 8 dəfəyədək sərfəli danışmaq çox asandır! Bunun üçün SMS göndərmək və ya Müştəri Xidmətləri Mərkəzlərinə getmək lazım deyil. Bütün Cin və Klass abunəçiləri, avtomatik olaraq “Bakcell-dən gecə tarifi” aksiyasının iştirakçılarına çevrilirlər və mobil telefon danışıqlarını sərfəli tariflərlə ödəyirlər.
Tarif planı
Cin: 1 dəqiqə/5 kontur
Klass: 1 dəqiqə/1 qəpik
“Bakcell-dən gecə tarifi” aksiyası çərçivəsindəki endirimlər “Sevimli nömrələr”ə edilən zənglərə, rouminq üzrə danışıqlara, eləcə də Bakcell şəbəkəsindən kənar danışıqlara şamil edilmir. Bütün telefon danışıqları 1 dəqiqəyə bərabərləşdirilir. Belə ki, məsələn, Cin abunəçisi 15 saniyə danışıbsa onun balansından 1 dəqiqə üçün kontur – 5 kontur, Klass abunəçisinin hesabından isə 1 qəpik silinəcək.
Kampaniya 31 mart 2010 il tarixinədək davam edəcək.




