Xidmətlər

Müxtəlif xidmətlərimizlə tanış olun

Faydalı başlanğıc

Mobil rabitə dünyasına Bakcell-lə daxil olun 

İndi yeni Cin nömrəsi almaqla il ərzində 20 manat məbləğində pulsuz kontur əldə edə bilərsiniz.

Faydalı başlanğıc kampaniyasına necə qoşulmaq olar 

İl ərzində 12 000 pulsuz kontur əldə etmək çox asandır. Bunun üçün sadəcə:

Birinci ay:

  • Cin nömrəsi almaq
  • Ona istənilən məbləğdə danışıq kartından kontur yükləmək
  • Faydalı Başlanğıc kampaniyası çərçivəsində dərhal 1000 pulsuz kontur və 50 SMS hədiyyə almaq

İkinci ay və bir il ərzində bütün sonrakı aylar:

  • Hər ay ən azı iki 1 manatlıq və ya bir 2, 6, 10 və ya 20 manatlıq Cin danışıq kartlarını almaq və yükləmək
  • Dərhal hesabınıza əlavə 1000 pulsuz kontur hədiyyə almaq 

Hər dəfə 1000 kontur hədiyyə aldığınız haqqında Sizi məlumatlandırmaq üçün Bakcell Sizə SMS göndərərək balansınıza yüklənən bonus konturlar barədə xəbərdar edəcək. Sizin yeni Cin nömrəniz alınan anda dərhal aktivləşdirilə bilər (bunun üçün satış məsləhətçilərimiz Sizə lazımi yardımı göstərəcəklər) və ya Siz bunu daha sonra istədiyiniz vaxt özünüz edə bilərsiniz. Xahiş edirik, nəzərə alın ki, Siz pulsuz konturları yalnız hər ay balansınıza ən az 2 manat dəyərində kontur yüklədiyiniz halda alacaqsınız. İstənilən zəngin qiyməti səhifənin sonunda göstərilən Tarif planına uyğun hesablanacaq. Zəngin müddətindən asılı olmayaraq Sizdən ən azı 15 saniyəlik danışığın qiyməti tutulacaq.

Xahiş edirik, nəzərə alın ki, Siz pulsuz konturları yalnız hər ay balansınıza ən az 2 manat dəyərində kontur yüklədiyiniz halda alacaqsınız.

12 000 pulsuz konturu necə istifadə etməli

Siz konturlarınızı dostlarınız və yaxınlarınızla günün istənilən vaxtı telefonla danışmaqla, SMS göndərməklə və ya bizim yüksəksürətli İnternet bağlantımızdan istifadə etməklə elektron poçtunuzu yoxlamaq, internet səhifələrinizə daxil olmaq və s. üçün istifadə edə bilərsiniz.

Tarif planı

1 fevral 2010-cu il tarixindən sonra Cin nömrələr almış abunəçilər üçün ilkin interval tarifikasiya prinsipi şamil edilir. Zəngin ilkin tarifikasiya müddəti minimal 15 saniyə təşkil edir (ətraflı məlumat aşağıdakı cədvəldədir), minimal interval bitdikdən sonra isə zəngin tarifi hər saniyə üçün hesablanır.

 Müddət (saniyələr)Qiymət (konturlar)Minimal tarifikasiya və zəng intervalı (saniyələr)Minimal tarifikasiya intervalının qiyməti (konturlar)
Sevimli Nömrələrə 4 1 16 4
Mənim Ərazim endirimi ilə (pik saatlar) 2 1 16 8
Mənim Ərazim endirimi ilə (qeyri-pik saatlar) 3 1 60 5
Bakcell nömrələrinə (pik saatlar) 3 2 15 10
Bakcell nömrələrinə (qeyri-pik saatlar) 3 1 15 5
Şəhər və rayon nömrələrinə 1 1 15 15
Digər mobil operator nömrələrinə 1 saniyə 1 1 15 15
Beynəlxalq zona 1 (pik saatlar) – MDB ölkələri 1 3 15 45
Beynəlxalq zona 1 (qeyri-pik saatlar) – MDB ölkələri 1 2 15 30
Beynəlxalq zona 2 (pik saatlar) – Türkiyə və İran 1 4 15 60
Beynəlxalq zona 2 (qeyri-pik saatlar) – Türkiyə və İran 1 3 15 45
Beynəlxalq zona 3 (pik saatlar) – Avropa, Amerika və digər ölkələr 1 5 15 75
Beynəlxalq zona 3 (qeyri-pik saatlar) – Avropa, Amerika və digər ölkələr 1 4 15 60
Səsli mesaj xidmətinə 1 1 15 15
SMS (Sevimli nömrəyə SMS daxil olmaqla)   12    12
Balansın yoxlanılması   2    2
Məlumat Mərkəzinə   10    10

Qiymətlərə 18% ƏDV daxildir.

Pik saatlar - 08:00-dan 24:00-dək.

Qeyri-pik saatlar - 00:00-dan 08:00-dək.

Geniş axtarış

Services_az_281x108 Store_az_281x108